Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VƏLİ HÜSEYNOVUN DAHA CİDDİ QANUNSUZLUĞU ÜZƏ ÇIXDI-1-Cİ YAZI-YENİLƏNİR

 

image here

Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova qarşı narazılıqlar pik həddə çatıb...
Yenixeber.org: "Təzadlar"ın rəsmi saytının dünənki buraxılışında xəbər verdiyimiz kimi, AAK Rəyasət Heyətinin "Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında» 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməlidir və müsbət qərar verildiyi halda iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilər. Təəssüflə qeyd etmək istəyirik ki, AAK-ın sədr vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov fəlsəfə doktoru dissertasiyasını "Нейтрин-лептонные процессы во внешном магнитном поле” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini almışdır. Azərbaycanın elm ictimaiyyəti yaxşı bilir ki, həmin dövrdə bu sahədə xaos yaranmışdı və bir çox «alimlər» xarici ölkələrdən bir diplom alıb gətirirdilər və arzularına çatırdılar. Deməli, AAK-ın Rəyasət Heyətinin məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynov elmlər namizədi diplomunu təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır. Yəni, doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilmişdir. Qanunun dili ilə desək, AAK sədrliyinə iddialı olan Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. Bunun da özəl səbəbi vardır: Vəli Hüseynov uzun illərdir AAK-da çalışır, sonradan AAK sədrinin müavini işlədiyindən hesab etmişdir ki, bu faktın üstünü açan olmayacaq və o, qanunsuz yolla əldə etdiyi doktorluq diplomundan istədiyi kimi istifadə edə biləcək. 
Bundan başqa, Vəli Hüseynovun fizika-riyaziyyat elmləri namizədi kimi işlədiyi təşkilatda da aldığı məvacib də qeyri-qanuni sayılmalıdır.

AAK- ın Rəyasət Heyətin rəsmi məlumatı Vəli Hüseynova aid deyildirmi?


"Təzadlar"ın Araşdırma Qrupu daha bir sensasion faktın üstünü açmışdlr. Belə ki, apardığımız araşdırma nəticəsində məlum oldu ki, elə AAK- ın rəsmi saytında Vəli Hüseynovun namizədlik və doktorluq diplomu ilə bağlı qanunsuz əməllərini inkar edən rəsmi məlumat yer alıb. AAk-ın rəsmi saytının "Bülletenlər" bölümündəki səhifə 125 və 126- da yazılır "AAK rəyasət heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər. 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK- da təkrar attestasiyadan keçirilməlidir".
Bizcı əlavə şərhə ehtiyac qalmır və ötən yazıda qeyd etdiyimiz kimi, Vəli Hüseynovun məlum qanunsuz hərəkəti və onun saxta sənədlərdən istifadə, eləcə də vəzifə səlahiyyətlərini aşma cinayətlərinə əsaslı şübhələr olduöundan ölkənin tanlnmış vəkillərindən biri ilə müqavilə bağlanmışdır. Problemin hüquqi müstəvidə çözülməsi üçün eləsə də Prezidentə və Baş prokura müraciət hazırlanmışdır... 
"Təzadlar" AAK-ın rəsmi saytındakı "Bülletenlər" bölümündə yerləşdirilmiş və yuxarıda təqdim etdiyimiz məlumatlara Vəli Hüseynov tərəfindən düzəliş edilməsi ehtimalını nəzərə alaraq Həmin bülleten foto və video qeydə alınmış, tərəfimizdən elektron qaydada vəkilimizin iştirakı ilə arxivləşdirilmiş, 5 nəfər mütəxəssisin iştirakı ilə akt yazılmışdır...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam