Redaktor seçimi
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Əhməd Əhmədzadə vəzifəsindən alınır(?)
Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-
Kolxozdan gələn gömrük generalının müəmmalı keçmişi:
ELMİN AZƏRBAYCAN “BAZARI”… –
43 saylı Notariat Kontorundan şikayət:
Günün xəbəri

İnam Kərimovun müəmmalı “İlham Bayramov tərəddüdü“




bitmap-img6




İman Kərimovun hələ də Kənd Təsərrüfatı Nazirliyində ciddi kadr islahatlarına getməməsi ona ümidli olan fermerlər üçün təəssüfedici haldır.
 
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda, Kənd Təsərrüfatı nazirliyinin Aparat rəhbəri İlham Bayramovun adı bu sahənin inkişafına ayrılan yüz milyonlarla dövlət vəsaitinin yönləndirilməsində və əkinə yararsız sahələrin əkinə yararlı kimi göstərilərək ayrılan subsidiyaların mərkəzləşdirilmiş şəkildə mənimsənilməsində hallandırılır.

Məlumatda bildirilir ki, son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində mənimsənilən vəsaitlər o qədər böyük olub ki, bütün bunların araşdırılması çox böyük qalmaqalla müşahidə oluna bilər. 

Qeyd edək ki, Prezident İlham Əliyev qeyri neft sektorunun inkişafı çərçivəsində kənd təsərrüfatına xüsusi önəm verir. Lakin buna baxmayaraq kənd təsərrüfatı sahəsi hələ də iflic vəziyyətdədir. Hazırda bu sahənin inkişafını təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməli, külli miqdarda vəsait kənd təsərrüfatına sərmayə olaraq qoyulmalıdır. Halbuki bu günə qədər kənd təsərrüfatına dövlət tərəfindən lazım olduğundan artıq sərmayə qoyulub. Lakin bu sərmayə özünü doğrultmayıb, daha doğrusu ayrılan vəsaitlər bir qrup vəzifəli şəxs tərəfindən mənimsənilib.
 
Hazırda kənd təsərrüfatı ölkənin ən problemli sahəsi hesab olunur. Yəni faktiki olaraq korrupsiya ölkənin kənd təsərrüfatını iflic etməklə dövlətə də milyardlarla manat ziyan vurub. 

Saytımızın əldə etdiyi məlumata görə, kənd təsərrüfatındakı vəziyyəti analiz etmək üçün ölkəmizə dəvət olunan İsrailli mütəxəssislərin gəldiyi yekun nəticə ondan ibarətdir ki, hazırda düzgün idarəçiliyin olmaması ucbatından və bu sahəyə sərmayələrin düzgün qoyulmaması ucbatından Azərbaycanın kənd təsərrüfatı sistemi iflas edib və əkinə yararlı torpaqların əksəriyyəti şoranlaşıb. İsrailli mütəxəssislər hesab ediblər ki, bu durumda kənd təsərrüfatı sahəsinə çox böyük miqdarda sərmayələrin yatırılması lazımdır. Lakin problem ondan ibarətdir ki, kənd təsərrüfatına ayrılacaq sərmayələr yenidən mənimsənilməyəcəkmi?

Yeni nazir İman Kərimovun sələfi Heydər Əsədovdan "miras" olaraq aldığı nazirlik doğurdan da ciddi problemlərdən ibarətdir. Azərbaycanda yegənə korrupsiyasız qurum olaraq tanınan "ASAN Xidmət"in rəhbərinin Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirilməsi ondan xəbər verir ki, prezident bu sahədə korrupsiyaya son verməkdə qərarlıdır. Lakin İman Kərimovun hələ də Kənd Təsərrüfatı Nazirliyində korrupsiyanın başında duran şəxsi vəzifədə saxlaması bir çoxları üçün qaranlıqdır.
 
Onu da qeyd edək ki, İlham Bayramov Nazirlikdə bir çox kadr və mütəxəssislərin "xaç atası" kimi tanınır.
 
Xatırladaq ki, İlham Bayramov Reyster Xidmətində işlədiyi dövrdə təsis etdiyi “İntegris” MMC-nin sayəsində hər il dövlətdən xeyli pul "qazandığı" iddia olunur. Belə ki, qiymətləndirmə şirkəti olan “İntegris” MMC uzun illər məhz Kənd Təəsrrüfatı Nazirliyinin balansında olan torpaqların ölçülməsi ilə məşğul olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(azfakt.com)
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?