Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda fransız vitse-prezidenti ovsunlayan sehrli məkan- MÜSAHİBƏ

 

Azərbaycanda fransız vitse-prezidenti ovsunlayan sehrli məkan - MÜSAHİBƏ

Fransız-rus alyansının vitse-prezidenti, “Hermine” Şirkətinin sahibi Loran Politye du Mesnil suallarımızı cavablandırıb.

Yenixeber.org: Həmin müsahibəni təqdim edir:

- Uzun müddətdir Fransada yaşayan ruslarla çalışırsınız. Bir müddət öncə isə ölkəmizdə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiniz. Bu üç xalqın bənzər və fərqli cəhətlərini sadalaya bilərsiniz?

- Bənzər və fərqli cəhətlər çoxdur. Ruslar çox emosionaldırlar, azərbaycanılıarsa mənəvi cəhətdən daha tarazlıdırlar. Hər iki millətlə ünsiyyətdə olmaq böyük zövqdür. Mədəniyyətinizə, tarixinizə çox bağlısınız. Təəssüf ki, biz fransızlar bu dəyərləri get-gedə itiririk. Həm ruslar, həm də azərbaycanlılar çox qonaqpərvərdir, yenilikçidir. Dünya xalqları tərəfindən daha çox tanınmağa layiqdirlər.

- Yaşından asılı olmayaraq, hər kəsin seçim hüququ olsaydı dünyanın məcrası hansı yöndə dəyişərdi?

- Mədəniyyətlərə, insanların savadına, intellektinə təsir edərdi. Dünya daha azad, daha humanist şərtlər altında idarə olunardı. Bu yaxınlarda Bakı Beynəlxalq Humanitar Forumuna qatıldım. Belə dünya səviyyəli layihələrin sayı artmalıdır ki, planetimiz şərqli-qərbli, şimallı-cənublu daha da aydınlansın.

- Gündəlik xəbərləri oxuduğunuz etibarlı mənbələr varmı?

- Müxtəlif dünya KİV-lərindən əldə edirəm. Amma mütləq oxuduğum xəbəri hər iki cəbhənin dilindən dinləyirəm. Doğrudur, bu, hər vəziyyətdə asan olmaya bilər, amma ədalətli seçim etmək üçün vacibdir.

- Həyatımızda yanlış olub doğru səslənən nələri sadalaya bilərsiniz?

- Gələcək... Gələcək hər zaman doğru səslənir, amma bütün narahatlığımız, qərarsızlığımız da onunla bağlıdır. Bu durumda bir seçim qalır, gələcəyə göndərəcəyimiz gəncləri doğru səmtdə yetişdirmək.

- Hansı yüksək dəyərə xəyanət etmisiniz?

- İnanın ki, bunu sizə tam səmimi və şərəflə etiraf edirəm. Bu günədək müqəddəs saydığım heç bir dəyəri tapdamamışam.

- Sizi ən çox nə narahat edir?

- Mən inanıram ki, hər birimizin özü və başqaları üçün yaxşı işlər görmək imkanı var. Bekar oturub narahat olmaq əvəzinə gücümü bu yolda səfərbər edirəm.

- Bu gününüzdən gələcəyinizə hansı xatirələr qalacaq?

- Dorğusu, bu haqda düşünməmişəm. Amma hesab edirəm ki, gələcəyə saxladığımız ən gözəl xatirə təmiz vicdandır. Dinindən, irqindən, milliyətindən asılı olmayaraq cəmiyyətə vicdanla, qərəzsiz xidmət etmək lazımdır.

- Bakıda ən son çəkdiyiniz və sevdiyiniz fotoşəkili bizimlə bölüşə bilərsinizmi?

- Bu, mənim ən son çəkdiyim fotoşəkil deyil. Amma ən çox sevdiklərimdən biridir. O qədər harmonik, müasir, eyni zamanda gözoxşayan tikilidir ki, çox ovsunlandım. Sehirlər dünyasıdır sanki. Şəhəriniz, insanlarınız kimi bütün daş parçaları da insana qəribə istilik ötürür. Buna görə Bakını çox sevdim.

- Minnətdaradam. Sizi ölkəmizdə yenidən görməyi arzu edirəm.

- Növbəti layihələrdə mütləq qonağınız olacam.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam