Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yeni çəkilənlər klassik filmləri əvəz edə bilirmi?

Yeni çəkilənlər klassik filmləri əvəz edə bilirmi?

 

 

 

"Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib!" Rəhmətlik Səməndər Rzayevin "Bəyin oğurlanması" filmində dediyi bu sözlərdə həqiqət payı böyükdür. Qəliz olduğu qədər vacib olan kino insanların həyatında, dünyagörüşündə əhəmiyyətli rol oynayır. Son dövrlər film sahəsində olan inkişaf danılmazdır. Artıq yeni çəkilən kinoların sayı da həddən artıq çoxalıb. Bu gün internetdə axtarış edərkən qarşımıza o qədər yerli film çıxır ki, hansına baxacağımızı bilmirik. Doğrudur, say artıb, bəs keyfiyyət? Bu gün vaxt sərf edib baxdığımız yeni çəkilən ekran işləri klassik filmlərimizi əvəz edə bilirmi?

 

Yenixeber.org:

"90 faiz filmlərimiz klassikləri əvəz edə bilmir"
 
Masər Həsənov - tələbə
 
Masər düşünür ki, indi çəkilənlər klassik filmləri əvəz edə bilmir: "Hazırda  kommersiya məqsədi ilə çəkilmiş çoxlu sayda komediyalar var. Fikirləşirəm ki, komediya filmində gülüş düşündürücü olmalıdır. İzləyici filmə baxıb gülüb, sonra həmin filmi unutmamalıdır. Filmləri elə çəkmək, hətta dialoqları elə qurmaq lazımdır ki, izləyicilər kinoteatrdan çıxdıqdan sonra oradakı replikalardan həyatda da istifadə edə bilsin. Məncə, bu gün çəkilişlərdə istifadə olunan texnika bizim filmlərin keyfiyyətini çox artırıb. Amma bəzi ssenaristlərimiz, aktyorlarımız, rejissor və operatorlarımız həmin texnologiya qədər inkişaf edə bilməyiblər. Kinoların 90 faizində boş dialoqlar, boş aktyor oyunu və boş kadrlar daha çoxdur. Biz niyə 40-50 il əvvəl çəkilən filmlərdə istifadə olunan sözlərdən indi də öz aramızda danışarkən işlədirik? Çünki o dövrdə sözə qiymət verilirdi".

Həmsöhbətimiz bildirir ki, indi cavan rejissorlarımız çox maraqlı filmlər çəkir: "Həm komediya, həm dram janrında filmlər çəkən çox gözəl rejissorlarımız var. Mən inanıram ki, yaxın gələcəkdə, 6-7 il ərzində çox böyük inkişaf baş verəcək. Filmlərimizin sönmüş barıtının qığılcımlarının gələcəkdə daha gur alovlanacağına inanıram. Təəssüf ki, hazırda 90 faiz filmlərimiz klassiklərimizi əvəz edə bilmir. Cavan rejissorlara, həmkarlarıma təklif edirəm ki, gələcəkdə Azərbaycan filminin hər yerdə tanınması ilə bağlı oturub birlikdə düşünək, bu istiqamətdə birgə addımlayaq, xəyallarımızı həyata keçirib irəliləyək. Tək ümid etməklə bu iş alınmaz. Çox yaxşı olardı ki, korifeylərimiz də dəstək olub bizə yol göstərsinlər". 
 

"Kinoteatrlarda öz filmlərimiz arasında seçim etmək sevindiricidir"
 
Leyla Səfərova - redaktor
 
Leyla klassik filmlərlə yeni çəkilənləri müqayisə etmədiyini deyir: "Müasir dövrün filmləri ilə klassik kinoları müqayisə etmək bir az çətindir. Aradakı fərq təkcə zamanda deyil, həm texniki irəliləyiş, həm də tələb məsələsi var. Yeni çəkilən filmlərin sayı son dövrlər getdikcə artır. Bu sevindirici haldır, artıq rəqabət hiss olunur. Qala gecələrinin ardı-arası kəsilmir. Bu həm də yeni istedadların üzə çıxması deməkdir. Mənə elə gəlir ki, hər sahədə yenilik şərtdir. Xüsusilə də, kino sahəsində vacib nüanslardan biridir. O ki qaldı köhnə kino ilə çağdaş kinonun müqayisəsi məsələsinə, məncə, bu, qeyri-korrektdir. Çünki dövr başqadır, baxışlar fərqlidir".
 
Müsahibimizin son dövrlər çəkilən kinolar haqqında fikirlərini də öyrəndik: "Məncə, yeni çəkilən filmlər arasında "Oğlan evi-1" daha uğurlu oldu. Çünki səhnələrdə dinamika, bir-birinə bağlılıq var idi. Vizual olaraq da xoş təsir yaradırdı. "Kəklikotu"nu isə iki hissəyə ayırıram. Mənə elə gəlir ki, birinci hissə daha uğurlu alınmışdı, ikinci hissədə fantaziyanın həddini aşmışdılar. "Bozbaş" filmlərində isə obraz eyniliyi tamaşaçını yorur. Sadəcə, məkan dəyişikliyi var, yeni heç nə yoxdur. Amma ümumilikdə, kinoteatrlarda öz filmlərimiz arasında seçim etmək sevindiricidir".
 

"Klassik filmlər daha səmimi idi" 
 
Qələndər Məmmədli - marketoloq
 
Qələndər bildirir ki, klassik kinoların çəkilişi indikilərlə müqayisədə çətin başa gəlsə də, daha uğurlu işlər alınırdı: "Azərbaycan filmləri çox çətin vaxtlardan keçib bu günə gəlib. Nəzərə alsaq ki, teatr səhnəsində çıxış etməyə qadın aktrisa tapılmadığı üçün kişilər bu rolları ifa edirdi, mənzərə haqqında daha dəqiq təsvir formalaşar. Sovet dövründə çəkilən filmlər təbliğat motoru funksiyasını icra etsə də, sənət əsərləri olaraq möhtəşəmdirlər. İndiki imkanlarla müqayisədə daha çətin şərait olsa da, bizim insanımız əsasən hisslərə önəm verir. Klassik filmlər daha səmimi idi və o duyğunu tamaşaçıya ötürürdü. Orada işlərini icra edənlər həqiqətən sənəti sevib icra edirdilər. Əksəriyyətinin tərcümeyi-halına baxanda da bunu görmək olur. Çünki o insanlar doğrudan da bir-bir müxtəlif şəhərlərdən, kəndlərdən seçilirdilər. İndi isə bu məsələlər daha fərqlidir. Əslində təhsilin verilməsi bu sahənin daha yaxşı olmasına gətirib çıxarmalı idi, amma nədənsə vəziyyəti daha pis hala salır".
 
Müsahibimiz indiki filmləri çox bəyənməsə də, bəzi istisnaların olduğunu qeyd edir: "Son vaxtlar ucuz yumor və beldən aşağı zarafatlarla kommersiya məqsədləri üçün çəkilən filmlərlə "Gün keçdi", "Ölsəm bağışla", yaxud "Şərikli çörək" kimi kinolar müqayisə oluna bilməz. İndiki rejissorlar xalqın nə istədiyini bilmir, çəkdikləri filmi izləyəndə də görürsən ki, ortada bir mesaj, məram yoxdur. Təbii ki, bir neçə istisna var və onlara baxanda düşünmək olur ki, bu gün Azərbaycanda az da olsa, yaxşı filmlər var. Amma saysaq, bir əlin barmaqlarını keçməz.

Məsələn, "Pərdə", "İkinci pərdə", "Axınla aşağı" kimi kinoların adlarını çəkə bilərəm".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam