Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AVROPA İTTİFAQI BAŞINI İTİRİB… –Çin və Rusiya avrozonada mövqeyini gücləndirməyə can atır -TƏHLİL

Mixal Pur

“İnfo.cz”, Çex Respublikası, 30.03. 2020

 

Yenixeber.org: Avropa Birliyi (AB) liderlərinin pandemiya zamanı keçirdikləri sammit tam məyusluqla başa çatdı. Onların ən mühüm məsələlərlə bağlı fikirləri diametral şəkildə bir-birinə əks oldu. Bu arada, rus və çinli epidemioloqların Avropada ortaya çıxması faktı da Avropa Birliyinin çarəsizliyinin nəticəsidir.

Liderlərin bu sammiti AB-nin hətta koronavirus böhranı zamanı birlikdə olduğunu təsdiq etmək məqsədilə planlaşdırılmışdı. Ancaq bunun yerinə, sammit mübahisələrlə və məyusluqla başa çatdı.

Bu durum, əslində, AB-nin şimalı və cənubu arasında müxtəlif baxışlar və digər fərqlər üzündən artıq çoxdan yaranıb. Və nəticəsi nə oldu? Bəlkə də ən pisi oldu. AB ölkələrinin liderləri iki həftədən sonra yenidən danışıqlar aparacaqlar. Hadisələrin mövcud inkişafı nəzərə alınarsa, danışıqlar çox uzun çəkəcək.

Elə sahələr var ki, orada baş nazirlərin və prezidentlərin mövqeyi yaxınlaşır, lakin ən mühüm məsələlərlə əlaqədar onların mövqeyi bir-birinə diametral əks olur. Söhbət mövcud böhran şəraitində avrozonada qaçılmaz olan zərərlərin minimal səviyyəyə endirilməsi məqsədilə istifadə oluna biləcək, necə deyərlər, koronavirus istiqrazlarından gedir.

Ən çox zərər çəkən ölkələr olan İtaliya və İspaniya artıq çoxdan borclanıblar və avrozona bir dəfə onları xilas etməli olub. Sadə desək, bu durum zəngin şimalın yoxsul cənuba görə ödəməli olduğunu göstərir. Bu, ilk öncə büdcə məsuliyyətinin birinci sıraya qoyulduğu Almaniyanın xoşuna gəlmir.

Amma alman yanaşması İtaliya Baş naziri Cuzeppe Konteni qəzəbləndirdi. O, böhrandan adekvat çıxış yolu tapması üçün Brüsselə 10 gün vaxt verdi“Politiko”-nun xəbərinə görə, qəzəbli italyanı koronavirusun əfv etmədiyi İspaniya qızğın şəkildə dəstəklədi. Nəhayət, onların sözləri 3 saatlıq sözlü atışmaya səbəb oldu və AB liderləri, doğrusu, məzmunsuz olan bir mətni çətinliklə razılaşdıra bildilər.

Kimsə etiraz edə bilər ki, son günlər üzv ölkələr, bir az olsa da, özlərinə gəliblər, ticarət əngəllərini tədricən aradan qaldırmağa başlayıblar, bəziləri isə real olaraq bir-birinə kömək etməyə başlayıblar. Lakin AB Komissiyasının ilkin reaksiyasının yavaş və ləng, görülən tədbirlərin xaotik olması, həmrəyliyin isə kölgəsinin belə görünməməsi faktını inkar etmək, çətin ki, mümkün olsun. İndi ən aydın olan şeylər məhz bunlardır.

Əlbəttə, böhrandan çıxmaq üçün maliyyə alətlərinin yaradılması mürəkkəb iş ola bilər, lakin bu, kifayət qədər sürətlə dibə bata biləcək adamların vecinə deyil. AB-nin şimalı və cənubu arasında hələ də yalnız iqtisadi sahədə deyil, ideya sahəsində də aşılmaz fərqlərin mövcud olması da onları maraqlandırmır. Bəli, baş nazirlər və prezidentlər yekunda birgə bəyanatı razılaşdırdılar. Nə olsun? Bunun nə effekti olacaq?

Siz rus hərbçilərinin “humanitar” yardım çərçivəsində İtaliyaya necə çıxarıldığını, çin “ekspertləri”nin isə hara mümkündürsə getdiyini yenidən gördükdə, dərk edəcəksiniz ki, bu, dünya miqyaslı bir sui-qəsd deyildir. Bu, sadəcə olaraq Avropanın çarəsizliyinin və AB müqavilələrində haqqında çox yazılan həmrəyliyin olmamasının nəticəsidir. Artıq AB-nin hər iki ayağı axsayır, Rusiya və Çin isə yaranmış vəziyyətdən istifadə edir. Onlar üçün bu, bizim üzümüzə ucuz yolla tüpürmək vasitəsidir. Lakin günahkar olan bizim özümüzük.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam