Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünya G20-dən nə gözləyir?

 

Dünyanın diqqəti Avstraliyanın Brisben şəhərinə yönəlib. Bu gün bu şəhərdə “böyük iyirmiliyin” (G20) sammiti keçiriləcək. 

"Xeberinfo.com": Analitiklərin fikrincə, sammit nə əsaslı irəliləyişlər, nə də köklü qərarlar vəd edir. Bununla belə, dünyanın aparıcı siyasi liderlərinin şəxsi görüşlərində ölkələr arasındakı mövcud fikir ayrılıqlarında irəliləyiş əldə olunacağına ümidlər bəslənilir. Sammitdə azad ticarət prinsipləri və vergidən yayınma hallarına qarşı mübarizə tədbirləri müzakirə olunacaq.

Türkiyənin baş naziri Əhməd Davudoğlu gündəliyin genişləndirilməsini təklif edib: “Sammit yalnız “iyirmiliyin” maraqlarını təmsil etməli deyil, daha qlobal olmalıdır”.

Sammit işinə noyabrın 15-də səhər liderlərin qeyri-formal görüşü ilə başlayacaq. Sonra dəvət olunmuş ölkələrin və beynəlxalq təşkilatların başçılarının iştirakı ilə rəsmi açılış mərasimi olacaq. Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də keçiriləcək.

Dünya ümumi məhsulunun 85 faizi, ticarətin 75 faizi, planet əhalisinin isə üçdə iki hissəsi sammitdə təmsil olunan 19 dövlətin və Avropa İttifaqının payına düşür. Aparıcı beynəlxalq forum olan G20 qlobal iqtisadi və maliyyə məsələləri üzrə ixtisaslaşıb. Ona 19 ölkə (Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Koreya Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası və Yaponiya) və Avropa İttifaqı daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam