Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderlərinin sammiti keçiriləcək-Bu gün

 

Oktyabrın 27-də İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderləri Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Vladimir Putin və Emanuel Makron Suriya məsələsinə dair dördtərəfli danışıqlar aparacaqlar.

Yenixeber.org: Yerli vaxtla saat 15.00-də başlayacaq zirvə görüşündən əvvəl iştirakçılar arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək.

Liderlərin sammiti 3 saat davam edəcək.

Mətbuat üçün yekun bəyanatın başlanması isə saat 18:00-a təyin olunub.

Belə formatda Suriya məsələsinə dair ilk tədbir olan bu zirvə görüşü əvvəlcə sentyabr ayına təyin olunmuş, lakin iştirakçıların gərgin qrafiki üzündən təxirə salınmışdı.

Suriyaya dair dördtərəfli zirvə görüşü İstanbulun Vəhdəddin Sarayında keçiriləcək. Vaxtilə Osmanlı imperiyasının son sultanı Mehmed VI Vəhdəddinə məxsus olan bu saray 2014-cü ildə başa çatmış bərpa işlərindən sonra Türkiyə Prezidentinin İstanbulun Anadolu sahillərindəki iqamətgahı kimi istifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam