Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Mühafizəkarlar”ın mütləq qələbəsi və gələcək prezident seçkiləri –HƏSƏN RUHANİ DALANA DİRƏNMİŞ DURUMDADIR

 

 

Məhəmməd Xacəvi

“Əl-Əxbar” (Livan), 24.02.2020

 

Yenixeber.org: İran prezidenti Həsən Ruhaninin hökumətinə qarşı çıxan “mühafizəkarlar” 11-ci çağırış İslami Şura Məclisinə (parlament) keçirilən seçkilərdə qətiyyətli qələbə qazanıblar. Seçki komissiyasının sözçüsü Seyyid İsmayıl Musəvinin dünən açıqladığı son nəticələrə görə, paytaxt Tehranda ən çox səs toplayan 30 namizəd “prinsipçilər”in siyahısındandır, halbuki əvvəlki seçkilərdə qalib olmuş 30 namizədin hamısı “islahatçılar”ın siyahısından idi.

Açıqlanan nəticələrə görə, “prinsipçilər” Məhəmməd Baqir Qalibaf, Seyyid Mustafa Mir Səlim və Mürtəza Ağatehrani Tehrandan seçilmiş ilk üçlükdədir. Tehranda 2 ayrı siyahıda yer alan “islahatçılar” isə özlərindən birini belə Məclisə seçdirə bilməyiblər.

“İslahatçılar” məğlubiyyətlərini Keşikçilər Şurasının əsas namizədlərini qeydiyyata almaqdan imtina etməsi ilə əlaqələndirirlər. 208 seçki dairəsindən 150-də alternativin olmadığını deyir və bildirirlər ki, “prinsipçi” namizədlərin belə bir şəraitdə qalib gələcəyi artıq öncədən bəlli idi.

Müşahidəçilər hesab edirlər ki, “islahatçılar”ın dəstəklədiyi Ruhani hökumətinin fəaliyyətindən narazılıq, habelə 10-cu çağırış parlamentin iclasında səsləndirilən tənqidlər “islahatçılar”ın bu seçkidə uğursuz olmasının digər iki səbəbi olub.

Məhəmməd Xatəmi hökumətində səhiyyə naziri olmuş və parlamentin hazırkı sədr müavini Məsud Bezşekian, Təbrizdə sayılan səslərə əsasən, bu seçkilərdə mandat almış az sayda “islahatçılar”dan biridir, hərgah həmin şəhərdən seçilmiş qalan dörd təmsilçi “prinsipçi”dir .

Qumdan Əhməd Əmirabadi, Müctəba Zonnuri və Əlirza Zakani seçilib və onlar 3 tanınmış “prinsipçi”dir.

Mahmud Əhmədinejad hökumətinin keçmiş məmurlarından 14 nəfəri qalib gələ bilib və onlar heç biri siyahıya salınmadan müstəqil şəkildə seçkilərə qatılıblar. Aralarında Əhmədinejadın iqtisadiyyat naziri Şəmsəddin Hüseyni, Əhmədinejad dövründə Atom Enerji Korporasiyasının prezidenti Firidun Abbasi, habelə Əhmədinejadın yol və nəqliyyat naziri Əli Nikzad da var.

Dini azlıqların nümayəndələri istisna olmaqla, 221 “prinsipçi”, 16 “islahatçı” və 34 müstəqil şəxsin parlamentə (290 yerdən) daxil olacağı və qalan yerlərin taleyinin gələn il (hicri-şəmsi təqvimlə – red.) aprelin 17-də keçiriləcək ikinci turda müəyyənləşəcəyi məlum olub.

Seçki qanununa görə, 20 faiz səs toplaya bilməyən namizədlər seçkilərin növbəti mərhələsində yenidən yarışırlar.

 

Aşağı iştirak göstəricisi

Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli dünən keçirdiyi mətbuat konfransında seçkidə iştirak nisbətinin 42,57 faiz olduğunu bildirib. Bu o deməkdir ki, iştirak göstəricisi əvvəlki seçkilərə nisbətən 20 faiz azalıb.

Bu seçkidə iştirak edə biləcək seçicilərin sayı 57 milyon 918 min nəfərə çatıb.

Rəhmani Fəzli səsvermədə iştirak edən seçicilərin ümumi sayının 24 milyon 512 min 204 nəfər, o cümlədən 48 faizinin – qadın, 52 faizinin – kişi olduğunu söyləyib.

O, insanların istəyinə baxmayaraq, seçkilərdə iştirak atmosferinə “Corona” virusu, hava şəraiti, habelə Ukrayna təyyarəsinin qəzası məsələsinin təsirinə toxunaraq deyib: “Mövcud şərait nəzərə alınaraq, səslərin sayı və iştirak göstəricisi məqbuldur”.

Digər tərəfdən, İnqilab Keşikçilərinə yaxın “Fars” İnformasiya Agentliyi əvvəlki seçkilərlə müqayisədə aşağı iştirak nisbətini “şiddətli eniş” olaraq səciyyələndirib. “Cavan” qəzetinin baş redaktoru Abdullah Kənci isə “Twitter”dəki səhifəsində bir anket sorğusu paylaşıb. O, iranlıları aşağı iştirak göstəricisinin səbəblərini açıqlamğa çağırıb. “Seçkidə iştirakdan imtina iqtisadi təzyiqlər, “Corona” virusundan təlaş, yaxud cari ilin acı hadisələri ilə izah olunmalıdır?” mövzusunda “dostlar”ını fikirlərini bildirməyə səsləyib.

42% İslam Respublikası yarandıqdan bəri qanunverici orqana seçkilərdə ən aşağı iştirak göstəricisidir. Əvvəlki parlament seçkilərində iştirak nisbəti 62 faiz olub. Bundan əvvəl, ən aşağı səsvermə 7-ci çağırış parlament seçkilərində (51,21%) qeydə alınıb. 5-ci çağırış parlament seçkilərində isə ən yüksək (71,1%) göstərici.

 

Fərziyyə

Parlamentin ümumi tərkibi bəlli olduqdan sonra fərziyyələr və təhlillər onun prezident seçkisinə təsiri və deputatların Həsən Ruhani hökuməti ilə münasibətləri, hökumətlə qarşıdurma xarakterinə yönəlməyə başlayır.

Yeni parlament təxminən üç aydan sonra işə başlayacaq, ilk iclaslarda deputatların səsvermə ilə prezidentin təşkil etdiyi hökumətin tərkibi bəlli olacaq.

Bundan əvvəl də Qalibafın prezidentlik yarışında qalib olmaq üçün ən şanslı fiqur olduğu gözlənilən idi. Mürtəza Ağatehrani, Mustafa Mir Səlim və Əlirza Zakaninin də prezidentlik və ya vitse-prezidentliyə iddialı olması digər mümkün variantlardır.

Höküməti ilə xalq arasında narazılığın artması və ABŞ sanksiyalarının sərtləşməsi ilə bağlı təzyiqlərə məruz qalan prezident Həsən Ruhani rəqibləri parlamentdə qalib gəldikləri üçün daha çətin günlər keçirir. “Prinsipçilər” isə bu gündən etibarən qarşıdan gələn prezident seçkilərində iştiraka hazırlaşırlar.

Ancaq görünür ki, əsas çətinlik kütlələrin xeyli hissəsinin seçki məntəqələrdən uzaqlaşdırmasıdır və prezident seçkilərində eyni şeyin təkrarlandığı təqdirdə, növbəti prezident daha kiçik elektoral bazaya sahib ola bilər, halbuki bu gün xarici təzyiqlərlə üzləşən İranda istənilən qalib həmişəkindən daha çox “kütləvi dəstəyə” ehtiyac duyur.

Qarşıdakı günlərdə “prinsipçilər” bu boşluğu adlaya biləcəkmi?

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam