Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Milli Məclisin yeni tərkibi rəqəmlərdə

 

Milli Məclisə seçkilər yekunlaşmaq üzrədir. Artıq Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 125 dairənin hər biri üzrə lider namizədlər də bəlli olub.

Yenixeber.org: VI çağırış Milli Məclisin tərkibi haqqında maraqlı məlumatları təqdim edirik:

Milli Məclisə keçirilən seçkilərdə ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) 74, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 1, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) 1, Ana Vətən Partiyasının (AVP) 1, Böyük Quruluş Partiyasının (BQP) 1, Vəhdət Partiyasının (VP) 1, Vətəndaş Birliyi Partiyasının (VBP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) 1 nümayəndəsi lider namizəd elan edilib.

Lider namizədlərin 21-i qadın, 104-ü isə kişidir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.

Qaliblər arasında 44 yeni sima var.

Eldar İbrahimov və Madər Musayev ardıcıl 7-ci dəfə qanunverici orqana mandat qazanıblar. Onlar ilk dəfə 1990-ci ildə Azərbaycan Ali Sovetinin üzvü seçiliblər.  

Vasif Talıbov, Hadi Rəcəbli, Mixail Zabelin, Fəttah Heydərov, İmamverdi İsmayılov və Fəzail Ağamalı ardıcıl 6-cı dəfə deputat statusu qazanıblar. 

İlkin nəticələrə əsasən, Milli Məclisin yeni tərkibində ən gənc deputat xanımdır. Belə ki, 12 saylı Binəqədi-Yasamal-Qaradağ seçki dairəsindən lider namizəd Səbinə Xasayevanın 26 yaşı var.

Yeni tərkibin ən yaşlı lider namizədi isə Fəttah Heydərovdur. 116 saylı Qəbələ Seçki Dairəsindən deputat seçilən F.Heydərovun 82 yaşı var.

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin lider namizədi Vasif Talıbov 94,6 % səslə 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir. 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayev isə 20,9 % 125 dairədən seçilən namizədlər arasında ən aşağı səs faizi ilə qalib gələn şəxsdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam