Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

QAZAXISTANDA ANTİÇİN ETİRAZLARI DALĞALANIR: aksiyanın arxasında nələr və kimlər durur?- Araşdırma

 

Viktoriya Panfilova

Nezavisimaya gazeta, 05.09.2019

 

Yenixeber.org:   Qazaxıstanın altı şəhərinin – Nur-Sultan, Alma-Ata, Karaqanda, Şimkənt, Aktobe və Janaozen sakinləri “Çin ekspansiyasına yox” çağırışı ilə aksiyaya çıxıblar. Mitinqlər prezident Qasım-Jomart Tokayevin Pekinə 11-12 sentyabrda baş tutacaq səfəri ərəfəsində keçirilir. Antiçin əhvalı güclənəcək və bunun dərin kökləri var. Etiraz aksiyaları sentyabrın ilk günlərində hökumət üçün ölkənin ən problemli bölgələrindən biri Janaozendə başlanıb. Meydana yığışan azsaylı mitinqçilər Çin tərəfinin respublika ərazisində kənd təsərrüfatı sahəsində və sənayedə 55 müəssisənin tikintisini maliyyələşdirmək niyyətində olduğu Qazaxıstan-Çin hökumətlərarası sazişdən narazılıqlarını ifadə ediblər.

Yeni layihələr bu günlərdə Qazaxıstanın baş naziri Əskər Maminin Çin Kompartiyası MK Siyasi Bürosunun daimi komitəsinin üzvü, ÇXR Dövlət Şurası başçısının müavini Han Çjenlə  danışıqlarının gedişində müzakirə olunub. Söhbət 27 milyard dollar məbləğində 55 obyektin istismara verilməsi haqda 2015-ci ildə imzalanmış sazişdən gedir. Bu siyahıdan 12 layihə artıq gerçəkləşdirilib. Bu il Günəş elektrik stansiyaları, İES, ət kombinatı daxil olmaqla 310 milyon dollar dəyərində daha beş layihənin işə salınacağı gözlənilir. 5,5 milyon dollar dəyərində daha 11 layihə gerçəkləşmə mərhələsindədir. Qazaxıstan Respublikası (QR) hökumətinin saytında məlumat verilir – qalan layihələr üzrə hazırlıq işləri aparılır.

Oradaca göstərilir ki, bütün layihələrin tam gerçəkləşməsi 20 minə yaxın iş yeri yaratmağa imkan verəcək.

İctimaiyyət bu sazişləri özgə sayaq yozur. Fəallar iddia edirlər ki, bu, heç də yeni müəssisələrin tikintisi deyil, Çinin köhnə zavodlarını Qazaxıstan ərazisinə köçürməkdir. Burada isə Çinin əmək mühacirləri işləyəcəklər. Aksiyalarda “torpaq məsələsi”ni də əlüstü yada salıblar. Bu mövzu Qazaxıstan hökuməti 2016-cı ildə Torpaq Məcəlləsini qəbul edərkən aktual idi – buna əsasən, guya kənd təsərrüfatı təyinatlı torpaqları əcnəbilərə – oxu, çinlilərə – satmaq mümkün olacaq. Etirazlar o zaman Qazaxıstanın bütün böyük şəhərlərini bürümüşdü. Adamlar hökumətin belə bir saziş olmayacağı bəyanatına inanmırdılar. Bununla belə, bu gün Çin maliyyəsinin xalqın və ölkənin rifahına gedəcəyini iddia edən hökumətə inanmadıqları kimi. İctimaiyyət hesab edir ki, hökumət Qazaxıstanın milli maraqlarını qorumaq iqtidarında deyil. Fəallar mitinqlərdə iddia edirlər ki, məmurlar Çinlə Qazaxıstan üçün əlverişsiz müqavilələr bağlayırlar. Vətəndaşlar qorxurlar ki, respublika Qırğızıstan və Tacikistanın artıq düşdüyü kimi Pekindən maliyyə asılılığına düşər. Mərkəzi Asiyanın bu iki ölkəsi Çinin ən böyük borclusudur.

Bununla belə, Qazaxıstan varlı dövlətdir, hakimiyyətin əlində güclü maliyyə resursu var. Riskləri dəyərləndirmə qrupunun direktoru Dosım Sətpayev “NG”yə deyib: “Qazaxıstanda vəsaitlərin çox tez-tez təyinatı üzrə xərclənmədiyi milli fond var. Adamlar buna görə də sual edirlər: Qazaxıstan öz maliyyə resursları ola-ola Çindən maliyyə asılılığını niyə fəal artırır? Qırğızıstan və Tacikistanı başa düşmək olarsa – yatırımlara ehtiyacı olan bu dövlətlər yoxsuldur – onda Qazaxıstan özünün yatırım potensialı ola-ola zirəkcəsinə sürünə-sürünə “Çin kreditləri” adlı siçan tələsinə niyə girir? Bu sual respublikada çoxdan asılı qalıb”.

O, respublikadakı antiçin əhvalının üç səbəbini göstərib: “Birincisi – tarixi yaddaşdır. Çin uzun yüzilliklər boyu qazaxların çoxunun yaddaşında tərəfdaşdansa tez-tez düşmən kimi qavranılıb. İkincisi – Qazaxıstan başçılarının siyasətidir. Çoxları şübhələnib ki, hakimiyyət Çinlə ölkə üçün əlverişsiz müqavilələr imzalayır. Üçüncüsü – Çinin özü bəhanə verir – Sinszyanda tərbiyə düşərgələrinin yaradılması qazaxıstanlıların çoxunda sərt, mənfi qıcıq doğurub. Buna görə də, – Sətpayev hesab edir, – antiçin əhvalı güclənəcək, çünki dərin kökləri var”.

Pekin, adətən, “Qurşaq və yol” təşəbbüsünün əsas həlqələri olan ölkələrdə baş verən belə aksiyalara münasibətdə təmkinlidir, amma ÇXR-in Qazaxıstan səfiri indiki halda yetərincə kəskin danışıb. Öz bəyanatında vurğulayıb ki, Qazaxıstanda Çin müəssisələrinin tikintisinə qarşı mitinqlər QR prezidenti Qasım-Jomart Tokayevin Çinə qarşıdakı 11-12 sentyabr səfəri ərəfəsində baş verir. Uyğun olaraq isə “bu sayaq hərəkətlər məhz ikitərəfli münasibətlərdəki bu önəmli hadisəyə qarşı yönəlib”.  Diplomat güman edir ki, mitinqçilərin arxasında “yalnız təmənnalı geopolitik maraqlara görə” qazaxıstanlıların antiçin əhvalını qızışdırmağa səy göstərən “hansısa güclər” durur. Bundan savayı, Çjan Syao Çinin guya “Qazaxıstan ərazisini ələ keçirmək”, hətta “Çin sakinlərini Qazaxıstana köçürmək” haqda mitinqlərdə səslənən bəyanatalrı “sadəlövh və gülməli” adlandırıb.

Siyasət elmləri doktoru, Strateji Dəyərləndirmə və Proqnozlar Mərkəzinin baş direktor müavini İqor Pankratovun fikrincə, əsasında məhz sosial-iqtisadi durumdan narazılığın durduğu antiçin əhvalından  başqa oyunçuların istifadə etməyəcəyini güman etmək sadəlövhlük olardı. İqor Pankratenko “NG”yə deyib: “Burada birinci növbədə “Qərb”dən danışmamaq gərəkdir. Əlbəttə, o, “Qurşaq və yol” təşəbbüsü ilə mübarizə çərçivəsində, uzunmüddətli “Çini dayandırmaq” siyasəti çərçivəsində “Qazaxıstanın Çin xofu” ilə tarixdə öz şansını əldən buraxmaz, amma burada əsas dirijor Qərb deyil. Tam bir silsilə yerli elitalardır. Qazaxıstan paytaxtı Çin yatırımları və iqtisadi layihələrini himayə edərək bununla da yerli hökumətləri əsas mallarını satmaq – inzibati resurslar, icazələr, lisenziyalar, vizalar, yoxlanışlarla alver etmək imkanından, orta və aşağı məmurlar həlqəsinin, habelə hüquq-mühafizə qurumları əməkdaşlarının  sata biləcəkləri hər şeydən məhrum edir. Halbuki qalan sovetsonrası ölkələr kimi Qazaxıstanda da bu, yağ və kürü ilə onların “bir tikə çörəyi”dir, bunsuz onların işləməyinin mənası yoxdur və yaşayış fərəhsizdir”.  Onun fikrincə, buna görə də “Qazaxıstanın Çin xofu”, sadəcə, çinlilərə qarşı tarixdə (təkcə Sin sülaləsi ordusunun reydləri nəyə dəyməz), çağdaş dövrdə, Sinszyandakı “çinli” qazaxlar və uyğurların durumunda kökü olan sevməzlik deyil. Bu həm də yerli elitanın öz “azuqə bazası” uğrunda paytaxtla mübarizədə getdikcə daha fəal istifadə etdiyi alətdir”.

Ekspert qeyd edib ki, məsələ 2014-cü ildə Vyetnamda, Afrikada müntəzəm baş verdiyi kimi çinliləri qırmağa qədər gedib çıxmayıb. Amma kim bilir, bölgə bayları Çin xofundan istifadədə nə qədər dərinə getməyə hazırdırlar. Axı onlar üçün ən başlıcası – pul kisəsinin doluluğu həllini gözləyir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam