Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan “SkyStriker” kamikadze dronları alıb-İsraildən

 

Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” idarə olunan uçuş aparatları ilə zənginləşdiriblər.

Yenixeber.org: Məlumatı “bmpd” inernet-portalı yayıb.

Yanvarın 10-da bu silahlar Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində Prezident İlham Əliyevə nümayiş etdirilib.

“Kamikadze dron” o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.

“SkyStriker” iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin istehsalı olan “Harop” və “Aeronautics Defense Systems” (ADS) şirkətinin istehsalı olan “Orbiter 1K” (“Zərbə-K”) birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib.

Mənbə bildirir ki, IAI “Harop”dan fərqli olaraq, “SkyStriker” və ADS “Orbiter 1K”, demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam