Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

İşsiz müəllim yardım istəyir-Yardımlıda

 

 

 

 

    Yenixeber.org: Redaksiyamıza Yardımlı rayon Alar kənd sakini Abdulhəsənov Cəlal Zülfüqar oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Yardımlı Rayon Təhsil Şöbəsində qarşılaşdığı haqsızlıqlardan və müəllim oğlu II qrup əlil Abdulhəsənli Ülvinin qanunsuz olaraq işdən kənarlaşdırılmasından bəhs edir. Yazıda yer alan iddialarla bağlı Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf  Səmədzadəni də dinlədik. Hörmətli Manaf müəllim meydana çıxan narazılığın səbəbini Abdulhəsənli Ülvinin lazımı balı toplaya bilməməsi ilə bağladı: “Yardımlı rayonun da 5 vakansiya var idi, Ülvi bu vakansiya üçün tələb olunan balı toplaya bilmədi. Alar kəndində də 18 saat dərsin qarşılığında üç müəllim var. Digər tərəfdən də bilrsiniz ki, müddətli müqavilə, ümumiyyətlə müəllimlərin işə qəbulu Təhsil Nazirliyinin xətti ilə gerçəkləşir. Yəni bu problem rayon təhsilı şöbəsinə aid deyil. Sadəcə lazımı balı toplamaq vacibdir. O ki, qaldı kimliyindən asılı olmayaraq, hər şey məlum qanunlar çərçivəsində reallaşmalıdır. Kiminsə hansısa sosial mənsubiyyəti ona fövqalədə status yaratmır”.  

                                                                    Manaf  Səmədzadə

 

 Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:                                

 “Yazıb bildirmək istəyirəm ki, mənim oğlum Abdulhəsənli Ülvi Cəlal oğlu Şirvan Şəhər Humanitar Kollecinin “Gənclərə çağırış hazırlığı və fiziki tərbiyə” ixtisasını oxuyub bitirmişdir. Tələbə ikən avtomobil qəzasına düşüb , 2-ci qrup əlildir. 4(dörd) il Alar kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. Keçən ildən oğlumu Rayon Təhsil Şöbəsi və məktəbin direktoru işdən azad etmişlər. Bu il 2018-ci il tarixdə oğlum müəllimlərin işə qəbulu testində iştirak etmiş və müqavilə balını (30) toplamışdır.

    Qeyd edim ki, oğlumun 3 (üç) az yaşlı uşağı var. Aldığı  zədələrə görə həkimlər fiziki iş işləməsinə icazə vermirlər , dağ kəndi olduğu üçün əlavə gəlir yeri yoxdur, özüm də xəstəyəm, heç yerdə işləmirəm. Ailəyə köməklik edə bilmirəm. Oğlumun ailə vəziyyəti ağır  durumdadır. Dəfələrlə rayon təhsil şöbəsinin müdiri Manaf  Səmədzadənin və rayon İcra  baçısının yanında olmuşam, bu işlərdə mənə köməklik  etməyiblər.

 Odur ki, Sizdən xahiş edirəm  qarşılaşdığım problemin  həllinə  yardımçı olasınız”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam