Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SOCAR-ın FETÖ-yə ödədiyi pullar üzə çıxarıldı -Rövnəq Abdullayevi İrəvanda həbs olunan Kamal Öksüzlə nə bağlayıb?

 

SOCAR-ın FETÖ-yə ödədiyi pullar üzə çıxarıldı - Rövnəq Abdullayevi İrəvanda həbs olunan Kamal Öksüzlə nə bağlayıb?

Kamal Öksüz Amerika Konqresinin 9 nəfər üzvünə və toplam 32 nəfər ABŞ rəsmisinə lobbiçilik adı altında qanunsuz yollarla külli miqdarda pullar və hədiyyələr vermişdir. O da bəllidir ki, Kamal Öksüzə həmin pullar Azərbaycana məxsus SOCAR şirkəti tərəfindən verilmişdir...
Yenixeber.org: Neçə aylardır ARDNŞ-in (SOCAR) prezidenti Rövnəq Abdullayev və dövlətin ən varlı şirkəti olan rəhbərlik etdiyi qurumda “nurçular”ın, eləcə də FETÖ-nun (Fətullah Gülən) şəbəkəsinin olmasını qeyd edirdik. Çoxsaylı araşdırmalarımız zamanı “Fətullah Gülən camaatı” və “nurçular” şəbəkəsinin terrorçu olması, dövlət çevrilişi və digər yönlərdə antidövlət siyasətlərində yer aldığını isbatlayan mövzuları və problemləri gündəmə gətirirdik. Beləliklə İrəvanda Kamal Öksüz ABŞ Federal Kəşfiyyatı tərəfindən tutuqlanması “Hürriyyət” qəzetinin yazdıqlarını bir daha əyani şəkildə isbat etdi.
                            SOCAR və FETÖ-çü Kamal Öksüzün işbirliyi
Türkiyənin nüfuzlu “Akşam”qəzetinin 31 avqust 2018-ci il tarixində “FETÖ’cü Kemal Öksüz son dakika nerede nasıl yakalandı?” başlıqlı geniş reportaj yayınlanıb. Adı çəkilən məqalədə qeyd olunur ki, Kamal Öksüz terrorbaşı Fətullah Gülənin sağ əli Adil Öksüzün qardaşıdır. Onlar uzun illərdir ABŞ-ın Texas ştatında yaşayırdılar. Fətullah Gülənin rəhbərliyi altında “Amerika Türkləri Federasiyası”nı süni şəkildə parçalayaraq, öz strateji maraqları çərçivəsində dəhşətsaçan siyasi provakasiyalarda yer almışlar. Bu iki qardaş Fətullah Gülənin rəhbərliyi altında “Amerika Erməni Milli Assambleyası” və Ermənistandakı bir sıra vətəndaş cəmiyyətləri ilə bir araya gələrək, gizli şəkildə Azərbaycan və Türkiyəyə qarşı bir sıra projeləri həyata keçirmişlər. Hal-hazırda Türkiyə Ədliyyə Nazirliyi tərəfindən terror qruplaşmaları yaratmaqda və dövlətə qarşı silahlı üsyanları təşkil etməkdə suçlu bilinən Adil Öksüz cinayətkar kimi beynəlxalq axtarışa verilib. Kamal Öksüz isə 23 avqust 2018-ci il tarixdən ABŞ Federal Kəşfiyyatı tərəfindən bir sıra cinayət əməllərində təqsirli şəxs kimi axtarılırdı. Sən demə, Kamal Öksüz İrəvanda gizlənibmiş. ABŞ Ədliyyə Nazirliyi kəşfiyyat materialları əsasında onu da təsbit etmişdir ki, Kamal Öksüz Amerika Konqresinin 9 nəfər üzvünə və toplam 32 nəfər ABŞ rəsmisinə lobbiçilik adı altında qanunsuz yollarla külli miqdarda pullar və hədiyyələr vermişdir. O da bəllidir ki, Kamal Öksüzə həmin pullar Azərbaycana məxsus SOCAR şirkəti tərəfindən verilmişdir. Hansı ki, SOCAR yetkililəri yaranmış gərginlikdən və ifşa olunmaqdan qorxaraq Kamal Öksüzə verdiyi milyonlarla paranın həcmini mümkün qədər qısa göstərməyə çalışır. Kamal Öksüz həm də ABŞ Dövlət Konqresinə saxta sənədlər təqdim etməkdə suçlu bilinir.
Aparılan araşdırmalarımız zamanı bəlli olub ki, Adil Öksüz ABŞ-ın Virciniya ştatının Arlington şəhərində dəyəri 1.7 milyon dollar olan xüsusi bir malikanədə yaşayır. O, həm də terrorbaşı Fətullah Gülənin şəbəkələrindən biri olan “Avrasiya Amerikalıları Turkuaz Konseyi”nin başqanıdır. Qardaşlar ABŞ-da Azərbaycanın bir dövlət olaraq lobbiçiliyini aparmaq üçün “Avrasiya Amerikalıları Turkuaz Konseyi”nin adından çıxış etmişlər. Onları Azərbaycan rəsmilərinə təqdim edən isə, Bakıda yüksək vəzifələrdə çalışan “kripto gülənçilər” və onların SOCAR-da yüksək səviyyədə himayə olunan gizli maliyyə dəstəkçiləri olmuşlar.
Beləliklə, bu iki şəbəkə Azərbaycanın var-dövlətinə sahib çııxmaqla həm də antitürk projeləri həyata keçirmişlər. Əldə etdikləri paralardan erməni lobbisinə və Ermənistanda fəaliyyət göstərən anti-Azərbaycan təbliğatları ilə məşğul olan bir sıra vətəndaş cəmiyyəti təşkilatlarına ötürmüşlər.
Onu da qeyd edək ki, bu ilin aprel ayında Türkiyənin Ədliyyə Nazirliyinin qərarı ilə 17 nəfər FETÖ-çu ilə bağlı cinayət işi açılıb. Hazırda İstanbul Cümhuriyyət Prokurorluğunda soruşdumalar aparılır. Həmin siyahıda Kamal Öksüzün də adı keçir.

                                    Hər daşın altından Kamal Öksüzün adı çıxır
ABŞ-da yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu son vaxtlar Kamal Öksüzün fəaliyyəti ilə bağlı bir sıra araşdırmalar aparmışdır. Ələkbər bəyin açıqlamasına görə, Kamal Öksüzün Azərbaycandan lobbiçilik məqsədi ilə aldığı bütün paraları SOCAR verib. Bu barədə ABŞ Konqresinin dəftərxanasında külli miqdarda faktlar mövcuddur.
ABŞ senatorlarının da etiraf etdiyi kimi, Kamal Öksüz Fətullah Gülən çetesinin aparıcı kripto liderlərindən biridir. Senatorlardan Mixail Noland, Con Millner, Uillyam Peterson, Karole Pankau, Mark Kirk, Melissa Bean, Jan Çakovskiy, Daniel Lipinski, Randall Hultgren, Matt Murhpy, Dana Ronrabacher, Ted Poe, Gregory Meeks və digərləri baş verən skandallara görə məcbur olaraq səmimi şəkildə bir sıra etirafları etmişlər. Bəlli olub ki, Kamal Öksüz Fətullah Gülənin əmri ilə dəfələrlə Azərbaycanda olmuş və onu burada “kripto FETÖ-çular” və SOCAR-da ən yüksək səviyyədə maliyyə mənbələrinə nəzarət edən kadrlar qarşılamışlar.

Beləliklə də Fətullah Gülənə bağlı olan “Avrasiya Amerikalıları Turkuaz Konseyi”nin adından saxtakarlıq edərək ABŞ-da Azərbaycan dövlətinin guya lobbiçiliyini edəcəkdilər. Bu o zaman baş tutdu ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fətullah Gülənə öz sədaqətini isbat etmək üçün Azərbaycandakı Fətullah Gülən siyasətinin təməl ideoloji konsepsiyalarını həyata keçirən “Çağ Öyrətim” təhsil sektoruna məxsus binaların ən yüksək səviyyədə təmirinə başladı. Bu azmış kimi “Çağ Öyrətim” şirkətinin büdcəsinə külli miqdarda vəsait də ayırdı.
Kamal Öksüz dərin zəka sahibi olmadığı üçün onu ABŞ-dan Fətullah Gülənin beyin mərkəzinin üzvlərindən Mahmut Yetər, Faruk Taban və Talha Sarac idarə edirdilər. Türkiyənin rəsmi dövlət informasiya agentliyi olan “Anadolu Ajansı”nın araşdırmasına görə, Kamal Öksüz Fətullah Gülənin ən çox etibar etdiyi və birbaşa onun özünə tabe olan “Washington Strategy Group Inc” adlı lobbi təşkilatının vasitəsilə bütün bunları həyata keçirir. Digər “nurçu”-“fətullahçı” quruluşlar isə dolayı yolla bu mərkəzin irəli sürdüyü konseptlər əsasında fəaliyyət göstərirlər.
O da bəllidir ki, Kamal Öksüz Fətullah Gülənin xüsusi tapşırığı əsasında bir neçə il öncə ABŞ-ın Hyuston ştatında “Azərbaycanın Dostları Assosiasiyası” adlı qurum yaradaraq ona rəhbərlik edirdi. Bununla yanaşı, “Türk Amerikan Alyansı” və ona bağlı “Turquoise Council for Americans and Eurasians” kimi təşkilatlara rəhbərlik edib. Kamal Öksüz ABŞ-ın Texas ştatında “TDM Contracting” adlı şirkətin sahibi olub. Həmin şirkət ABŞ-dakı Fətullah Gülən məktəblərinin tikintisini maliyyələşdirib. Bununla yanaşı, onun rəhbərlik etdiyi “Azərbaycanın Dostları Assambleyası” (Assembly for the Friends of Azerbaijan) təşkilatının lobbiçilik məqsədi ilə maliyyə məsələsinə əslən Azərbaycandan olan Rauf Məmmədov adlı birisi başçılıq edir. Rauf Məmmədovun isə SOCAR-la dərin və isti münasibətlərinin olduğu bildirilir.
“Hürriyyət”
P.S. Qeyd edək ki, “Hürriyyət” qəzeti olaraq, Kamal Öksüzlə bağlı bütün prosesləri diqqət mərkəzində saxlayırıq. Onun və Fətullah Gülənin SOCAR-la ilişkilərini yaxın vaxtlarda dəyərli oxucularımıza təqdim edəcəyik. Azərbaycan dövlətinin milyonlarının qatı antitürk çetelərə paylanılması və bunun qarşılığında ermənilərə və PKK-ya ötürülməsi bir gerçəklikdir. Çünki, əvvəllər də qeyd etdiyimiz kimi, harada “nurçu”-fətullahçı varsa, orada PKK vardır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam