Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ-ın axtardığı FETÖ-çü Ermənistanda tapıldı

 

ABŞ-ın axtardığı FETÖ-çü Ermənistanda tapıldı
2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən FETÖ-çu Adil Öksüzün qardaşı Kamal Öksüz Ermənistanda həbs olunub.

 Yenixeber.org: "Habertürk” xəbər verir ki, Amerika vətəndaşı kimi Kevin adını daşıyan və ABŞ tərəfindən beynəlxalq axtarışa verilən Kamal Öksüz Ermənistan polisi ilə “İnterpol”un keçirdiyi birgə əməliyyat nəticəsində tutulub.
Kamal Öksüz ABŞ Konqressinin Nümayəndələr palatasının etik komitəsini saxta sənədlərlə aldatmaqda ittiham olunur.

Ermənistan Polisinin mətbuat xidmətindən bildirilib ki, 23 avqustda ABŞErmənistan rəhbərliyinə Öksüzün axtarışda olduğuna dair məlumat göndərdikdən sonra Ermənistanda məskunlaşan və orada özünə şirkət açan Öksüzün həbsinə dair “İnterpol”la ortaq əməliyyat planı hazırlanıb.

Qeyd edək ki, Kamal Öksüz bir neçə il öncə Hyustonda “Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edib. O, həmçinin Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara sədrlik edib. Öksüzün adı eyni zamanda, Azərbaycanın ABŞ-da lobbiçilik üçün ayırdığı pulları mənimsəməkdə çəkilir. Onun vaxtilə rəhbərlik etdiyi Türk Amerikan Alyansı əsasən Gülənin təbliğatı ilə məşğuldur. Həmçinin, Öksüzün Texasda sahib olduğu “TDM Contracting” şirkəti ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam