Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

GÜLƏN, SOCAR-ı NECƏ ƏLƏ KEÇİRMƏK İSTƏMİŞDİ?

2016-07-18-09-48-52gulen

  Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra, Fətullah Gülən təriqəti ilə bağlı, təxminən 40 illik mübahisələrə son qoyuldu.

Xeberinfo.com:  Bu cəhdlə Gülən dini təriqətinin əsl mahiyyəti və siyasi hədəfləri üzə çıxdı. Sübut olundu ki, bu təriqətin din və təhsil adları altında pərdələnmiş, zahirən təqdirəlayiq fəaliyyətləri əslində konkret siyasi hədəflərə xidmət edir, təşkilat, bu hədəflərə çatmaq yolunda hətta silahlı çevriliş vasitəsini də məqbul hesab edir. Bundan daha təhlükəlisi isə Gülən hərəkatının Türkiyənin bütün dövlət və qeyri-dövlət strukturlarına, o cümlədən hərb sisteminə, dövləti yönətənlərin ən yaxın ətrafına necə ustalıqla sızdığının üzə çıxması oldu. Məlum oldu ki, ONLAR HƏR YERDƏ VARLAR, PUSQUDADIRLAR, ÇOX TƏHLÜKƏLİDİRLƏR!

Türkiyədə 15 iyul çevrilişi ilə üzə çıxan bu dəhşətli gerçəklər, istər-istəməz Gülən Hərəkatının fəaliyyətdə olduğu digər ölkələri, o cümlədən Azərbaycanı da ciddi düşündürdü. İlk dəfə 1993-cü ildə Azərbaycana ayaq basan bu təhlükəli örgütün, 2014-cü ilə qədər Azərbaycanda artıq 21 liseyi, bir gimnaziyası, bir universiteti, Naxçıvanda fəaliyyət göstərən 3 liseyi və çoxsaylı hazırlıq kursları var idi. Bundan başqa, iqtisadi sektorda da “gülənçilərin” çox ciddi pay və söz sahibinə çevrilə bildikləri heç bir şübhə doğurmur və konkret faktlarla öz təsdiqini tapır. Məsələn, bu günlərdə zərərçəkmiş qismində İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsində ifadə verən iş adamı Hüseyn Böyükfıratın “FETÖ-nün Türkiyədən sonra ikinci ən güclü olduğu ölkə Azərbaycandır” deyərək, “gülənçilərin” Bakıda onu necə sıxışdırması haqda sadaladığı faktlar son dərəcə ibrətamizdir. “Azərbaycanda bu quruluşun çox geniş fəaliyyəti var. Dünyada bəlkə də ən güclü olduqları ikinci ölkə Azərbaycandır. Bu camaat məndən pul istədi. Onların etdiyi xidmətlə bağlı “Bir müsəlman olaraq sizə kömək edərəm, ancaq sizin tələbləriniz buna uyğun deyil, “sizinlə heç bir əlaqəm ola bilməz” dedim. Məni şəxsən Fetullah Gülən xəbərdar etdi, xəbər göndərdi. Fətullah Gülən 2003-cü ildə Azərbaycana girişimə qadağa qoydurdu” – deyə Büyükfirat qeyd edib.

Bütün bunlar, 15 iyul çevriliş cəhdinin üzə çıxardığı dəhşətli gerçəklər fonunda Azərbaycanı böyük bir sual işarəsi ilə üz-üzə qoyur: Gülən təhlükəsi nə qədər ciddi olub və hazırda bu təhlükə qalmaqdadırmı?

“AzPolitika” bu suala müəyyən qədər aydınlıq gətirmək üçün keçmiş təhlükəsizlik əməkdaşı, professor Rövşən Novruzoğluna müraciət edib. R.Novruzoğlu təhlükəsizlik eksperti olmaqla yanaşı vaxtilə Gülən hərəkatını, onun tarixini və qarşısına qoyduğu hədəfləri, Azərbaycana gəlişini və burdakı fəaliyyətini dərindən araşdırmış birisidir.

- Azərbaycanda təxminən nə qədər gülənçi var və onlar hansı sahədə güclüdürlər?

- FETÖ-nün Türkiyədə etdiyi cəhdləri Azərbaycanda təkrarlamaq gücü varmı?

- Fətullah Gülən SOCAR-ı ələ keçirmək üçün hansı cəhdləri edib və bu məqsədinə nə dərəcədə nail olub? SOCAR-da Gülənçi şəbəkə varmı?

- Bakıda əsasən “gülənçilər”in yaşadığı məhəllə harda yerləşir və sairə…

Bütün bu sualların cavabı ilə R.Novruzoğlunun yaxın günlərdə “AzPolitika”da yayımlanacaq “Fətullah Gülən SOCAR-ı ram edə bildimi?” sərlövhəli yazısında tanış ola biləcəksiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam