Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sanksiyalar İranı yenə də qarışdırıb:İran“ilgəyi” Amerikanın öz boğazına keçə bilər? – Təhlil

İrina Corbenadze

rosbalt.ru, 13.08.2018

 

Yenixeber.org: İİR-də etiraz aksiyaları Amerika sanksiyaları ilə “üst-üstə düşüb”. Amma Vaşinqton Xamenei rejimini boğmağa çalışaraq kəndiri öz boğazına keçirə  bilər. İran atom bombası yaratmaq səviyyəsinə imkan verən uranın zənginləşdirilməsinə qayıda bilər.

ABŞ ötən həftə İrana nisbətdə köhnə-yeni sanksiyalar tətbiq edərək açıq mətnlə işarə edib ki, İslam Respublikasının fəaliyyətdəki hökumətini devirmək ona asandır və əslində, məsələnin özlüyündə Vaşinqtonun çıxdığı nüvə sazişində deyil, amerkalıların inqilabi gicişməsindədir. Deməli, ABŞ vitse-prezidnti Mayk Pompeo bildirib ki, İİR-ə qarşı iqtisadi sanksiyaların təzələnməsi bu ölkədə “daxili etirazlara dəm tutacaq” və o, Vaşinqtonun irəli sürdüyü şərtlərə getməli olacaq. Pens səhv etməyib: sanksiyaların hələ birinci növbəsi qüvvəyə minməyə macal tapmamış Tehran daxil olmaqla İranın böyük şəhərlərində ölkədəki iqtisadi durum, zəruri malların qiymətinin yüksəlməsi, inflyasiyanın yüksək səviyyəsinə qarşı etiraz aksiyaları başlanıb. Gözləmək lazım gəldiyi kimi, bunlar çox tezliklə siyasi-dini boya alıb. Mitinqçilər hökumətin istefasını tələb edib; “fanatizmə yuvarlanmış molllar da” payını alıb (yeri gəlmişkən, Kərəcdə ruhani məktəbini dağıdıblar). Etirazçılar hətta “hər şeyimiz”ə – ayətullah Xameneiyə də qulaylanıblar – ondan da getməyi xahiş ediblər.

Etirazçılar həmişəki kimi maşınları yandırmağa başlayıblar, polislə toqquşmasız və xüsusən çalışqan “dinc nümayişçilərin” həbsi olmadan ötüşülməyib. Aydındır ki, ABŞ “müxaliflər”ə dəstəklə çıxış edib və İran rejimini pulları Bəşər Əsədi, şiə könüllü yığmasını və bölgəni qarışdıran digər “terrorçuları” saxlamağa xərcləməyi dayandırmağa çağırıb.

Dövlət katibi Mayk Pompeo İran hökuməti tərəfindən silahsız adamlar üzərində “zorakılıqdan” söz açıb və bildirib ki, ABŞ “xalqın korrupsiyaya qarşı etiraz etmək hüququnu dəstəkləyir”. O, Tehranı “insan haqlarına sayğıya” çağırıb.

Ümumiyyətlə, Vaşinqtonun İrandakı hadisələrin “birinci hissəsi”nə reaksiyasına nəzər salınsa, belə çıxır ki, neft və qazla çox zəngin ölkənin iqtisadi problemləri keçmiş prezident Barak Obamanın “cinayətkar fəaliyyəti”nə dözə bilməyən ABŞ-ın “sayəsində” deyil, Suriya hadisələrində iştiraka görə yaranıb. Xatırladaq ki, o, digər bəsirətsizlər – Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın liderlərilə birlikdə İranla İranın nüvə proqramını məhdudlaşdıran Birgə Əhatəli Fəaliyyət Planını (BƏFP) imzalayıb. Nəticədə İrana qarşı sanksiyaların xeyli qismi götürülüb. Amma budur, Tramp gəlib və İran yüngüllüklə nəfəs almağa, xarici şirkətlər isə orada biznesə başlamağa macal tapmamış ABŞ nüvə sazişindən çıxıb və Tehrana qarşı ikimərhələli yeni sanksiyalar tətbiq edib.

Artıq qüvvəyə minmiş birinci mərhələ İran iqtisadiyyatının praktik olaraq bütün sahələrini vurur. Xüsusən də “”didərgin ölkə”yə ABŞ dolları ilə qarşılıqlı hesablaşma (bu valyuta ilə əsasən neft sazişləri bağlanır), müxtəlif metalların, İran istehsalı avtomobillərin alveri yasaqlanıb. ABŞ habelə İran xalçalarının və müxtəlif qida məhsullarının idxalını, Avropa Birliyi və ABŞ-ın təyyarə almaq üçün İrana lisenziyalarını, bunların tərkib hissələrini və s.-i “pəncəsinə keçirib”. Sanksiyaların ikinci mərhələsi 4 noyabrda tətbiq ediləcək və karbohidrogen resursları ticarətinə yayılacaq.

Ümumiyyətlə, ABŞ İranın var-yoxunu talayır və orada inqilab təşkil etməyə çox can atır, amma yekunda öz siyasətinin qurbanı olmaq riskinə gedir. Az qala, bütün dünyanın onun göstərilən hərəkətinə qarşı qalxışdığına görə. Rusiya BMT TŞ qərarından yan keçməklə istənilən birtərəfli sanksiyaları pisləyib – xüsusən də bunlar üçüncü ölkələrin maraqlarına toxunduğu üçün. RF XİN rəsmi təmsilçisi Mariya Zaxarovanın bildirdiyi kimi, ABŞ avropalı tərəfdaşlarının “əl-qolunu qırır” və onları “iranlılarla sərfəli ticari-iqtisadi əməkdaşlığı kəsməyə” məcbur edir. Rusiya xarici siyasət idarəsinin fikrincə, “İranın tam qanuni nüvə fəaliyyətinə Amerika iddiaları, sadəcə, onunla uydurma bəhanələrlə siyasi haqq-hesab çəkmək üçün pərdədir”.

Bəs avropalı tərəfdaşlar? Görünür, Brüssel, nəhayət, “gəmidə qiyam” təşkil edib və nüvə sazişini xilas etməyə səy edir.  AB xüsusən də İranla leqal biznes aparan Avropa şirkətləri və fiziki şəxslərini müdafiə edən “bloklama nizamnaməsi” adlı sənəd qəbul edib. RİA Novosti Avropa Komissiyasının sədri Mina Andreyevadan sitat gətirir – AB biznesi İranda işləyib-işləməyəcəyini seçməkdə sərbəstdir və Avropa Birliyi öz arealında ABŞ sanksiyalarının eksterritorial tətbiqini tanımır. Brüssel tərəfdən bu cür dəstək İrana nəzəri olaraq Amerika sanksiyalarına tam etinasızlıqla Avropa maliyyə-kredit institutlarından maliyyə yardımı almaq imkanı verir, praktik olaraq isə bir çox xarici şirkətlərin İrandan çıxışı qüvvə toplayır. Belə ki, görünür, Avropa Birliyinin dəstəyi hələlik sırf siyasi xarakter daşıyır.

Yeri gəlmişkən, Ankara da Amerika sanksiyalarını gözardı edib: energetika və təbii resurslar naziri Fatih Dönməz  bildirib ki, Türkiyə əvvəlkitək İran qazını alacaq, çünki özünün energetik təhlükəsizliyi onun üçün önəmlidir. O, ümumiyyətlə, İranla 2026-cı ilədək hər il 10 milyard kubmetrə yaxın qaz alacağı qaz müqaviləsi imzalayıb. “A Haber” nəşrinin məlumatına görə, nazir habelə məlumat verib ki, Türkiyə hökumətinin öz vətəndaşlarını soyuqda və elektriksiz saxlamaq arzusu yoxdur. O deyib ki, ABŞ sanksiyalar üzrə qərarı birtərəfli xarakter daşıyır və Türkiyənin apardığı “qanuni ticarətdə” əksini tapmayacaq. Bax, bu isə artıq praktik və igüzar addımdır. Bunların tamamı kimi bu gün (dünən-red.) məlumat yayılıb ki, Ankara və Tehran ikitərəfli ticarəti ildə 30 milyard dollara qədər artırmaq imkanını müzakirə edir. Ümumiyyətlə, ABŞ sanksiyalar rejiminin təzələnməsi üzündən özünə hələ problemlər qazanacaq. Ehtimal ki, o, Çinlə Hindistanın da qəzəbini çəkəcək – hər iki ölkənin İranla yetərincə şaxələnmiş iqtisadi münasibətləri var və çətin ki, bundan imtina etməyə başlasın. Xüsusən də, məsələn, Hindistanın – İran neftinin ən böyük alıcılarından birinin – İranın Çabahar limanına milyonlarla yatırım qoymağa hazırlaşdığına görə. Burada isə buyurun:  Vaşinqton İİR-lə bütün neft sazişlərinə yasaq tətbiq edir.

Sözsüz, Tehran çox gərgin duruma düşüb, amma bu, birincisi deyil. Ən azı, əvvəlki sürəkli sanksiyalar rejimindən fərqli olaraq indi onu, az qala, bütün dünya dəstəkləyir. Güman ki, madam o son dərəcə ağır onillikləri yaşamağa nail olub, bunu indi də yaşayar. Amma Almaniya xarici işlər naziri Hayko Maasın “Passauer Neue Presse”-ə müsahibədə qeyd etdiyi kimi, ABŞ sanksiyaları İrandakı radikal və təməlçi qüvvələrin fəallığını törədə və ölkəni hərc-mərcliyə düçar edə bilər. Dünya, ən azı, İraq və Liviyanın nümunəsində bütün bunlardan artıq keçib. O deyib: “Rejimin dəyişilməsinə ümid edənlər unutmamalıdırlar ki, bunun ardınca nə gələcək və bu daha böyük problemlər gətirə bilər”.

Bir sözlə, görünür, ABŞ indiki avqustda canfəşanlıq edir. Cavabında ruhani lider Xamenei İranın öz atom bombasını yaratmaq proqramının təzələnməsi haqda ağzından söz qaçırıb və bildirib ki, ölkəsi “nə sanksiyalara, nə də nüvə məhdudiyyətlərinə dözəcək”.

Əslində, Vaşinqton İsrail və Səudiyyə Ərəbistanıyla birgə ikiqat enerji ilə İİR-in “üstünü almaq” və nüvə sazişini müdafiə edən Avropa Birliyinə “hesab təqdim” etməkdən ötrü eşitmək istədiyini eşidib. Əlbəttə, “kifsəmiş” kozırdır, amma iy verən oyunda gedişi beləsiylə də edirlər. Təkrar edək – oyunda isə böyük “pul” var – İran iqtisadiyyatı və deməli, ölkənin hər bir vətəndaşı üçün ciddi problemlər yaratmaq vasitəsilə orada rejimi dəyişmək. Amma ABŞ-da zəmanət varmı ki, təməlçilər və mühafizəkarların yetərincə dərin kök atdıqları İran kimi spesifik bir dövlətdə libveral Ruhanini Əhmədinejad tipli şəxs deyil, üzüyola “Amerika kadrı” əvəz edəcək? Ruhani lider isə öz mövqelərini daha da gücləndirəcək.

Bax, artıq onda İran öz hədəsini mütləq yerinə yetirəcək: Yaxın Şərqdən neft tədarükünün əsas dəniz yollarını bağlayacaq (söhbət bölgədən ixracatın üçdə birindən gedir) və uranın atom bombası yaratmağa imkan verən səviyyəyədək zənginləşdirilməsinə qayıdacaq. Yeri gəlmişkən, İranın keçmiş prezidenti, yəni Əhmədinejad artıq bulanıq suda balıq tutmağa başlayıb: İİR-in üç hakimiyyət qanadını istefaya getməyə çağırıb. Ruhani haqda deyib ki, “millət onu daha qəbul etmir” və onun prezidentliyinin davamı “ölkə və onun özü üçün fəlakətlidir”.

Bəs, əslində, İranda tam mikroskopik elektoratı olmayan və siyasətdən getməyə hazırlaşmayan Əhmədinejad kimdir? İki sələfinin – Xatəmi və Rəfsəncaninin yetərincə ciddi liberal islahatlarını yığışdırmış adamdır. Onun dönəmində İranın nüvə propqramının inkişafı görünməmiş yüksək dövriyyə toplayan prezidentdir. O, ABŞ-ın o zamankı prezidenti Buşu kəskin tənqid və İranın Rusiya ilə əlaqələrinin güclənməsi, habelə “sionist rejimin yerüzündən silinməsi” uğrunda çıxış edib. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı teraktların təşkilində Amerika administrasiyası təmsilçiləırinin özündən şübhələnib. İstisna deyil ki, ABŞ İİR-dəki durmun daha fəal şəkildə çaxnaşması nəticəsində İsrail və ABŞ-a münasibətdə daha radikal köklənən olmasa da, təxminən, bu cür siyasətçi əldə edə bilər.

Kim bilir, bəlkə də, İranın növbəti prezidenti ayətullahların dəstəyi və ABŞ-ın səyləri ilə İranın ilk atom bombasının “atası” olacaq.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam