Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nəhəng şirkətlər ABŞ-dan qaçmağa başladı:“Bu, sonun başlanğıcı olur”


 

ABŞ prezidenti Donald Trampın idxalat mallarına tətbiq etdiyi  əlavə gömrük vergiləriyla başlayan qlobal idtisadi savaş super dövlətə məxsus iş adamlarını öz ölkələrindən qaçmağa vadar edir. Bu istiqamətdə ilk addımı atan isə ABŞ-ın məşhur motosiklet istehsalçısı olan “Harley-Davidson”dur.

Yenixeber.org: Şirkət yeni gömrük tarifləri səbəbilə Avropa bazarına yönəlik istehsalını xaricə daşımağa qərar verib və bu qərar Trampın sərt reaksiyası ilə üzləşib. Məlumata görə, ABŞ prezidenti dünən və ondan əvvəlki gün paylaşdığı “Twitter” statusunda motosiklet istehsalçısını bərk tənqid atəşinə tutub.

 Qeyd edək ki, transmilli motosiklet istehsalçısı “Harley-Davidson” Avropa İttifaqının (Aİ) ABŞ-a qarşı həyata keçirməyə başladığı gömrük vergiləri görə, ABŞ-dakı istehsalının bir hissəsini okean ötəsi ölkələrə daşıyaraq, bu bölgələrdən Avropa bazarına motosiklet ixrac edəcəyini bildirmişdi. “Harley-Davidson”dan ABŞ Daşınan əmlak və Birja Komissiyasına (SEC) göndərilən açıqlamada bunun səbəbi Donald Trampın artırdığı polad və alüminium vergilərinə cavab olaraq Aİ-nın cümə günü ABŞ mallara yeni gömrük vergisi tətbiq etməyə başlamasıyla əlaqələndirilmişdi.

Açıqlamada qeyd olunurdu ki, Aİ-nin yeni tariflərilə “Harvey-Davidson”ın ixrac etdiyi məhsulların gömrük vergisi 6%-dən 31%-ə çıxarılıb, nəticədə Avropa ölkələrinə satılan hər motosikletin maya dəyəri 2 min 200 dollar yüksəlib.

 Avropaya ixrac edilən motosikletlərin istehsalı üçün xaricdə açacağı müəssisələrə lazımi investisiyalar yatıracağını bildirən şirkətin açıqlamasında işlərin yoluna qoyulmasının 9-18 ay sürəcəyi qeyd edilib. Həmin müddət ərzində vergi tarifləri səbəbilə ortaya çıxan xərc fərqinin müştərilərdən alınmayacağını vurğulayan  Harley Davidson bu ilin sonuna qədər 30 ilə 45 milyon dollar arasında ziyana düşəcəyini və həmin zərərin şirkət tərəfindən qarşılanacağını bildirmişdi.

 

“Harley Davidson”un açıqlamasına “Twitter” hesabında kəskin reaksiya verən Trampın iki gün öncə paylaşdığı ilk bəyanatı belə olmuşdu: "Şirkətlər arasında “Harley-Davidson”un təslim bayrağını ilk qaldıran subyekt olması məni təəccübləndirdi. Axı, mən onlar üçün çox döyüşmüşəm. Nəhayətində, bizə ticarətdə zərər verən Aİ-yə 151 milyard dollar borcumuz var, satdıqlarının vergisini onlar ödəməyəcəklər. Vergilər Harley üçün sadəcə bir bəhanədir. Səbrli olun".  

ABŞ prezidentin bir gün sonra, yəni dünən yaydığı “Twitter” paylaşımı isə daha sərt və təhdidkar idi:

 

"Bir “Harley Davidson” heç vaxt başqa bir ölkədə istehsal olunmamalıdır. Əsla! Əməkdaşları və müştəriləri bu qərardan çox qəzəbləniblər. Əgər bunu etsələr, onlar üçün sonun başlanğıcı olur və daha əvvəl heç görülməmiş bir şəkildə vergiyə cəlb edilərlər!”

Trampın bu təhdidindən sonra “Harley-Davidson”un Nyu-york birjasında əməliyyat görən səhmləri 7.1% düşüb.

“Harley-Davidson”-un isə Avropa bazarını itirmək şansı yoxdur. Mütəxəssislərin fikrincə, ABŞ-dan sonra ən böyük bazarının Aİ olan şirkətin keçən il “qoca qitə”yə 40 min motosiklet satıb.

Onu da qeyd edək ki, “Harley-Davidson” bundan əvvəl də Hindistan, Brazilya, Taylan və Avsraliyada istehsal müəssisələri açmışdı.(ovqat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam