Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Benzinin bahalaşması avtomobil bazarını çalxaladı:"Qiymətlər rekord həddə"

 

Son günlər avtomobil bazarında kəskin qiymət artımları ilə yadda qalıb. Benzinin bahalaşması yanacağa qənaət edən və mühərrikinin gücü daha zəif olan avtomobillərin qiymətinin də artmasına səbəb olub. Ekspertlərin sözlərinə görə, səbəblərdən biri də ölkəyə köhnə avtomobillərin idxalının məhdudlaşdırılmasıdır.

 

Yenixeber.org: İlk baxışdan yanaşı düzülmüş avtomobillərin ucu-bucağı görünmür. Təklifin çox olması alıcılar üçün seçim imkanını da artırır. İkinci əl avtomobillərin ilinə və markasına uyğun olaraq qiymətlər 4 min manatdan başlayır. Bu qiymətə əsasən Rusiya istehsalı olan köhnə avtomobillər təklif olur. Bazarda tələbat daha çox ikinci əl "Mercedes" markalı avtomobillərədir.

Əvvəlki həftələrlə müqayisədə bazarda satışa daha çox avtomobil çıxarılıb. Satıcılar bunun səbəbini benzinin bahalaşması ilə əlaqələndirdilər: "Bazarda daha öncə bu qədər avtomobil görməmişdim. İndi maşınını satmağa gətirən çoxdur. Səbəb isə odur ki, benzin bahalaşıb,  motorunun həcmi böyük olan maşınlar dərhal bazara çıxarılır. Ancaq belə avtomibillərə maraq azalıb. Alıcılar yanacağa qənaət edən avtomobillərə üstünlük verirlər".

Bəzi ikinci əl avtomobillərin qiyməti rekord həddə bahalaşıb. Avtomobil dəllallarının dediyi kimi mühərrikin həcmi aşağı olan avtomobillərə tələbat artıb. Buna görə də, həmin avtomobillər kəskin bahalaşıb. Bazara avtomobil almağa gələn Hafiz Salmanov qiymətlərin kəskin dəyişdiyini təsdiqlədi: "Səhər saatlarından bazardayam. İkinci əl "Mercedes" c-180, c-200 almaq istəyirəm. Yaxşı vəziyyətdə olan avtomobillər var, ancaq qiymətləri əl yandırır. Benzin bahalaşdıqdan sonra zənn etdik ki, bu  maşınlar ucuzlaşar. Düşündük ki, fürsət varkən maşın alaq. Maksimum 8 min manat nəzərdə tutmuşduq. 3 həftə öncəki bazarla hazırki bazar arasında inanılmaz dərəcədə fərq var. Təsəvvür edin ki, 1998-2000-ci il istehsal olan avtomobillər 10-11 min manata təklif olunur. Orta səviyyədə olanları isə 9000-9500 manatdır. Buna görə də, bir neçə bazar da gözləməli olacağıq".

Avtomobil satışı ilə məşğul olan alverçilər ili köhnə olan ikinci əl avtomobillərinin bahalaşmasının səbəbini belə izah etdilər: "Köhnə maşınların qiymətinin bahalaşması heç də benzinim qiymətilə əlaqəli deyil. Bildiyiniz kimi, 2006-cı ilə qədər olan avtomobillər ölkə ərazisinə buraxılmır. Bu maşınların idxalı dayandırıldığı üçün bahalaşma yaranıb. Yeni avtomobillərin də gətirilməsi azalıb. Çünki gömrükdə motorun həcminə görə alınan rüsum çoxdur. Təsəvvür edin ki, "Hyndai sonata" üçün 6 min manat rüsum alırlar. Bu isə avtomobil satışı ilə məşğul olanlara sərf etmir. Az və baha gətirildiyi üçü qiymətlər də bahalaşır. Bu zaman insanlar ikinci əl avtomobillərə maraq göstərir. Daxili bazarlarda canlanma olur. Mən sənə, sən də bir başqasına satırsan. Çox adam düşündü ki, benzin bahalaşdı, maşın ucuzlaşacaq. Əksinə oldu. Alıcılar sadə motorlara üstünlük verdilər. Qiymətlər indi "ceyran belinə çıxıb". Mühərriki iri həcmli olan avtomobilləri indi əvvəlkindən xeyli ucuz almaq olar".

Bazarda ən çox satılan dizellə işləyən avtomobillərdir. Mühərrikindən, markasından asılı olmayaraq bu avtomobillərə tələbat çoxdur. Müşahidəmiz zamanı alıcı kütləsinin daha çox dizel avtomobilləri ilə maraqlandıqlarının olduq. Dizelin benzindən fərqli olaraq bahalaşmaması bu avtomobillərin qiymətlərini kəskin artırıb.

Alıcılar dizellə işləyən avtomobillə benzinlə işləyən avtomobilin arasında 1500-2000 manat civarında qiymət fərqi olduğunu bildirdilər: "Ümumiyyətlə dizellə işləyən maşınlara daha çox üstünlük verilirdi. Yanacaq sərfiyyatı az olduğu üçün daha çox tələbat var idi. Benzin bahalaşandan sonra bu avtomobillər kəskin bahalaşdı. Əvvəl 11 min manata olan 1999-2000-ci il istehsalı olan "Mercedes" CD 220 markalı avtomobil, hazırda 13 min manata təklif olunur. Eyni markadan olan, mühərrikinin həcmi CD 270 olan avtomobilin qiyməti isə 14-15 min manatdır".

Qeyd edək ki, yeni avtomobillərin qiymətində bahalaşma müşahidə edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam