Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək?– ŞƏRH

Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək?

 

Benzinin qiymətinin bahalaşması və gömrük rüsumunun yeni ildən artırılacağı barədə gəzən söz-söhbətlər avtomobil bazarına təsirsiz ötüşməyəcək. İlin sonu yaxınlaşdıqca proqnozlara görə milli valyutamız xarici valyutalara qarşı dəyərini itirəcək

Yenixeber.org: Bu hadisələrin avtomobil bazarına təsiri ilə bağlı ekspert Rəşad Quliyevin şərhini diqqətinizə çatdırır:

“İlk növbədə Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı benzinin bahalaşması yenidən dizel avtomobillərinə marağın artacağına səbəb olacaq. Nəticə etibarı ilə qara bazarda dizel mühərriki ilə işləyən avtomobillərin də süni qiymət artımı qaçılmazdır. Çünki aradakı fərq 50%i ötüb keçməkdədir. Qismən, benzinlə çalışan yeni avtomobillərin bu markalı yanacaqla işləməsi əhalinin xərclərinin artmasına və başqa, alternativ, cibə uyğun seçim etmələrinə gətirib çıxardacaq.

Ümumiyyətlə son aylarda avtomobil bazarında idxal və satışda müəyyən qədər artım hiss olunur. Buna səbəblərdən biri, 2018-ci il yanvar ayının 1-dən etibarən gömrük idxal rüsumunun və aksiz vergisinin müəyyən qədər qaldırılacağı haqda insanlarımız arasında yayılan xəbəridir. Belə ki, ölkədə avtomobil istehsalının olması xaricdən avtomobil idxalında rüsumun bahalaşması ilə nəticələndiyinə görə, ölkəmizin də bu yanaşmaya doğru getdiyini sezmək olar. Buna görə də Gömrük Komitəsindən rəsmi təsdiq olmasa da, rüsumların və verginin yaxın zamanlarda qaldırılacağı istisna edilmir. 

Aparılan araşdırmalar göstərir ki, yeni ilə yaxınlaşdıqca rəsmi diller və qara bazarda satışlar sürətlə artır. Baxmayaraq ki, avro dollara və manata nisbətən güclənir və idxal əsasən Avropa ölkələrindən asılıdır. Bundan əlavə dekabr ayının yaxınlaşması, turistlərin, xüsusilə də ölkəmizdə yeni ili keçirmək və ov məqsədi ilə gələn ərəb turistlərin xidmətində istifadə olunan “minivan”lərın satışı və sifarişi də getdikcə artmaqdadır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam