Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Gömrüklə bağlı yeniliklər

 

AzərbaycanDövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır.

Xeberinfo.com:   Məlumata görə, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminarda Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib.

 Onun sözlərinə görə, komitə yeni, qısa idxal və ixrac bəyannamələrini tətbiq edilməsinə hazırlaşır: “Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar”.

 O qeyd edib ki, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələrin tətbiq ediləcək: “Bilirsiniz ki, tam gömrük bəyannaməsində 54 bənd var. Amma yeni bəyannamələrdə bu bəndlərin bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi bəndləri isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam