Yenixeber.org: Biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manatdan təklif edilir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki “İticket” satış məntəqələrindən, 2 və 3 saylı ASAN Xidmət mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Xatırladaq ki, birinci görüşdə “Qarabağ” səfərdə APOEL komandasını 2:1 hesabı ilə məğlub edib.