Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Millimiz Şotlandiya ilə qarşılaşacaq

 

Azərbaycan millisinin 2015-ci ildə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri böyük ölçüdə müəyyənləşib

"Xeberinfo.com":  Məlumata görə, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Şotlandiya ilə qarşılaşacaq.

Həmin görüş iyunun 8-də və ya 9-da Böyük Britaniya təmsilçisinin meydanında keçiriləcək. Qarşılaşmada məqsəd həmin ayın 12-də Norveçlə AVRO-2016-nın seçmə oyununa hazırlıq xarakteri daşıyır.
 
Yığmamızın məşqçilər korpusu Skandinaviya səfəri öncəsi rəqib meydanında və oxşar oyun üslubuna malik komanda ilə görüşməyi məqsədəuyğun sayıb. Lakin matçın keçiriləcəyi stadion və tarix tam dəqiqləşməyib.
 
Bu, millimizin tarixinə Şotlandiya yığması ilə ilk oyun kimi düşəcək. Çünki komandamız 22 illik tarixində bu rəqiblə görüşməyib.
 
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə xəbəri təkzib edib. O bildirib ki, Şotlandiya ilə matçın keçirilməsi ilə bağlı hər hansı məlumata malik deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam