Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Polis kapitanı dünya çempionatına gedir- Foto

Polis kapitanı dünya çempionatına gedir

 

 

Cüdo üzrə Azərbaycan çempionatında uğurla çıxış edərək növbəti dəfə baş mükafata sahib olan Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı Hikmət Cəbiyev bu il iki mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq

 

Yenixeber.org: DİN-in mətbuat xidmətindən bildiriblər ki, H.Cəbiyev Azərbaycan çempionatında qazandığı qələbə sayəsində bu il Meksikada keçiriləcək dünya və Şotlandiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə əldə edib.

Yarışlara DİN İdman Cəmiyyətinin cüdo bölməsinin rəhbəri Zakir Kərimov tərəfindən hazırlanan H.Cəbiyev Azərbaycan çempionatında usta cüdoçular arasında 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb.

Polis kapitanı cüdo ilə yanaşı, ciu-citsu ilə də məşğul olur. Dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib və yüksək mükafatlara layiq görülüb. Onu ciu-citsu yarışlarına Əməkdar Məşqçi Rəsul Məmmədov hazırlayıb.

H.Cəbiyev, həmçinin cari ilin aprelində polislər arasında keçiriləcək ciu-citsu üzrə Avropa çempionatında da mübarizə aparacaq.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?