Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”

 

“Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”.
"Xeberinfo.com":  APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev deyib.
“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”, – deyə A. Əliyev bildirib.
DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: “Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam