Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aydın Əliyev sahibkarlarla qiymətləri müzakirə etdi

 

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev işadamları ilə görüşüb.
"Xeberinfo.com":  Komitənin rəsmi saytında verilən məlumata görə, Aydın Əliyev bildirib ki, işadamları ilə bugünkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil: «O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalivasiyası ərəfəsində sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir».
Komitə sədri qeyd edib ki, mövcud şəraitdən yararlanmağa çalışan «bəzi dırnaqarası işadamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətləri yolverilməzdir». O, məhz bu amilin də əhali arasında «müəyyən çaşqınlıq» yaratdığını bildirib.
Aydın Əliyevin dediyinə görə, sahibkarlarla keçirilən görüşün də əsas məqsədi bu kimi neqativ halları aradan qaldırmaq və mövcud problemlərin birgə həlli istiqamətində səyləri artırmaqdır.
Gömrük Komitəsinin mətbuat xidməti öz məlumatında göstəməyib ki, sahibkarların süni qiymət artımına getməmələri üçün gömrük xidməti onlara hanşı şəraiti yaradacaq.
Fevralın 27-də İmişlidə olarkən Aydın Əliyev bildirmişdi ki, manatın ucuzlaşmasına baxmayaraq, gömrük rüsumlarının dəyişdirilməsi nəzərdə tutulmur.
Xüsusilə ölkəyə mal gətirən bəzi sahibkarlar yerli mətbuata şikayətlənirlər ki, gömrük rüsumlarından başqa onlardan qeyri-rəsmi rüsum ödənilməsi də tələb olunur. Bu isə ölkəyə gətirilən malların qiymətinin qat-qat yüksək olmasına təsir edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam