Redaktor seçimi
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Günün xəbəri

Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər var - VİDEO

Rusiyada yaşayış binasında baş verən güclü yanğında ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov və onun ailə üzvləri də var.

Yenixeber.org:   Ehtimal edilir ki, onlar hadisədən əvvəl Bolşakovlar ailəsinə qonaq gediblər. "Yanğın zamanı Lesosibirskin prokuroru, onun ailə üzvləri və bacısının ailəsi həlak olub", -deyə hüquq-mühafizə orqanlarındakı müsahib TASS-a bildirib.

Qeyd edilir ki, qonşular mənzildə uşaqların qışqırtısını eşidərək Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Xilasedicilər hadisə yerinə operativ gələrək qapını açsalar da, alovun bürüdüyü mənzildə olanların hamısının həlak olduğunu görüblər. Hadisə Krasnoyarskda baş verib. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb.

Məlumata görə, hadisəyə köhnə elektrik naqillərinin enerji yükü ilə həddən artıq yüklənməsi səbəb olub. Alov otaqlara qısaqapanma vasitəsilə yayılıb.

 

İlkin məlumatda bildirilir ki, ölənlər arasında 4 uşaq da var.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam