Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkilinin oğlu bahalı maşınla “avtoşluq” etdi

 

Bayram günlərində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb.

"Xeberinfo.com":  Məlumata görə, avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır.

AzNews.az belə dəbdəbəli avtomobillə “avtoşluq” edən sürücünün kimliyini araşdırıb. Məlum olub sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.

Məsələ ilə bağlı AzNews.az-ın suallarını cavablandıran millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi “Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: “O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər”.

Yeri gəlmişkən, Prezident sərəncamı ilə qadağan olunan bu səs siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu əməli törədən şəxsin işi məhkəmədə həll olunur.

Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”ın İdarə Heyətində çalışır.

Deputat oğlunun cərimə meydançasındakı “Maserati”sinin fotosunu təqdim edirik:

999

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam