Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vergidən gizlədilən 60 milyon manatı kimlər mənimsəyir?

 

30 min tona yaxın lak-boya materialı istehsalatda və idxalda qeydə alınmır

"Xeberinfo.com":  Azərbaycanda lak-boya materiallarının (LBM) istehsal həcmi 11 ayda 12,8% azalıb, deyə Dövlətstatkom bildirir.

“Turan”nın məlumatına görə, ilin əvvəlindən ölkədə 4 134,5 ton lak-boya materialları istehsal edilib. Məhsulun 1,5 min tonu xaricdə satılıb. Azərbaycanda bu məhsulun illik istehlak səviyyəsi 47,5 min tondur.
Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabrında ölkəyə 15 min ton lak-boya materialları idxal edilib. İdxalçılar məhsulun tonunu 822,6 dollar bəyan edib. Bu, 2013-cü ildəkindən (tonu 1008 dollar) 185 dollar azdır. Pərakəndə satışda idxal boyaları 3 manatdan başlayaraq, bir sıra brendlər 8-12 manata satılır.
Ekspertlərə görə, istehlakın 80%-i yerli istehsal hesabına təmin edilir. 2013-cü ildə lak-boya materiallarının vergiyə cəlb edilən həcmi (30-dan çox subyekt) 5,2 min ton (+48%) təşkil edib.

Maraqlıdır ki, Azərbaycan boyaları da ucuz qiymətə satılır. Bu ilin 9 ayında ixrac qiyməti tonu 881,6 dollar olub. Bu, ötən ilkindən 16 dollar azdır.
2012-ci ildə Ermənistanda 10,8 min ton (-7,6%) lak-boya materialları istehsal edilib, deyə erməni KİV-i məlumat verir. Bu, Azərbaycandakından 3 dəfə çoxdur. Və ya Qazaxıstanda (əhalisi 17 milyon nəfər) 2012-ci ildə 60 min ton LBM istehsal olunub. Amma bu ölkənin LBM istehlakında RF, Almaniya, Finlandiya, Danimarka məhsulları ciddi yer tutur.

Dünyada 1 nəfərə orta lak-boya materialları istehlakı 11,5 kq, Çində 6,4 kq, Rusiyada 5,2 kq, Qazaxıstanda 5-6 kq-dır.
Mütəxəssislərin fikrincə, iqtisadiyyata investisiyalar, əhalinin daşınmaz əmlaka yatırımları nəzərə alınanda Azərbaycanda 1 nəfərə lak-boya materialları istehlakı 5 kq və ya 47,5 min tondur. Bunun 30 min tonu istehsalatda və idxalda qeydə alınmır. Ölkədə lak-boya materiallarının uçotdan gizlədilən həcmi 60 milyon manata yaxındır.

1fazNəzərə alsaq ki, ölkədə istehsal müəssisələri və idxal əsasən oliqarx nazirlərin nəzarətindədir, onda büdcədən gizlədilən 60 milyon manatın kimlərin cibinə getdiyi məlum olar. Əlbəttə, vergi orqanları onlarla şərik deyilsə…Hətta o da mümkündür ki, istehsalçılar və idxalatçılar bu vergini artıqlaması ilə verirlər, ancaq alınan vəsait büdcəyə deyil şəxsi hesablara ötürülür. Hər halda vergilər naziri Fazil Məmmədov 30 min tona yaxın lak-boya materialının istehsalatda və idxalda qeydə alınmamasının səbibini araşdırmaqla bu məsələyə aydınlıq gətirə bilər.  

 

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam