Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İnanılmaz FIRILDAQ:yardım adı ilə 680 000 manat yığıb sevgilisi ilə kef çəkdi - FOTO

 

İnanılmaz FIRILDAQ: yardım adı ilə 680 000 manat yığıb sevgilisi ilə kef çəkdi

ABŞ-ın Filadelfiya şəhərində ötən il dünya miqyasında müzakirə edilən bir yardım kampaniyasının əslində yalan olduğu üzə çıxıb.

 Yenixeber.org: Cibindəki son pulunu benzini bitdiyi üçün yolda qalan qadına verən Conni Bobbit adlı kimsəsiz adam üçün təşkil edilən yardım kampaniyasının ssenarisi əslində öncədən qurulub.

Belə ki, qadın cibindəki son 20 dollarını ona xərcləyən adamın xeyirxah əməlini qarşılıqsız qoymamaq üçün sosial media hesabından yardım kampaniyası başladıb. Bu kampaniya çərçivəsində 9 ayda 400 000 dollar (680 000 manat) toplanıb. Lakin yığılan pul kimsəsiz şəxsə verilməyib. Kampaniyanı təşkil edən qadın həmin pulu sevgilisi ilə birlikdə istirahətə xərcləyib, özlərinə lüks avtomobil alıb və qumar oynayıblar. Kimsəsiz Bobbitə isə sadəcə kiçik bir səyahət maşını alıblar.

Lakin Nyu Cersi ştatında mətbuat konfransı təşkil edən prokuror Skot Koffina kampaniyaya ilham verən hekayənin tamamilə qurma olduğunu açıqlayıb. Buna görə də kampaniyanı təşkil edən cütlüklə birgə kimsəsiz kimi qələmə verilən Conni də cinayət məsuliyyətinə cəlb edilib. Prokuror bu planın kampaniya başladılmadan 1 ay öncə ərsəyə gəldiyini bildirib. Hazırda təqsirkar şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam