Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkilləri kimsəsiz uşaqlarla görüşdülər -Foto

 

Millət vəkilləri kimsəsiz uşaqlarla görüşdülər -

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı, komitənin sədr müavini Sahibə Qafarova, komitənin üzvləri - Sədaqət Vəliyeva və Dilarə Cəbrayılova, komitənin əməkdaşları Şəhla Cəlilzadə və Zaur Adıgözəlov “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzini ziyarət ediblər.

Yenixeber.org:  Görüşdə millət vəkilləri tərəfindən sığınacaqda yaşayan kimsəsiz uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

Aqiyə Naxçıvanlı söhbət əsnasında bu gün aktual olan müxtəlif sosial məsələlərə toxunub və uşaqlara qarşı zorakılığın qarşısının alınmasında mühüm addımların atılmasının vacibliyindən danışıb.

Daha sonra millət vəkilləri uşaqların əl işlərindən ibarət rəsmlərə, müxtəlif bəzək əşyalarına və toxuduqları qış geyimlərinə baxaraq, onların əl işlərini yüksək qiymətləndiriblər.

Bununla yanaşı, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin qəyyumluğunda olan 29 uşağın hazırkı sosial durumu, təhsil və sağlamlıqları ilə bağlı millət vəkilləri ilə söhbətlər aparılıb.

Görüşün sonunda uşaqlar qonaqlara öz əl işlərindən ibarət müxtəlif hədiyyələr verərək, xatirə şəkilləri çəkdiriblər.

 

 

 

 

Millət vəkilləri kimsəsiz uşaqlarla görüşdülər -

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam