Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Livanda ermənilərlə yerli sakinlər arasında qarşıdurma - Ölən və yaralılar var

Livanda ermənilərlə yerli sakinlər arasında qarşıdurma - Ölən və yaralılar var

Livanın paytaxtı Beyrutda ermənilərin məskunlaşdığı Bürc məhəlləsində ölümlə nəticələnən qarşıdurma yaşanıb



Yenixeber.org: Bu barədə “Arevelk” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, qarşıdurma Livanda yaşayan ermənilərlə yerli sakinlər arasında baş verib. Nəticədə bir neçə nəfər ölüb. Onların arasında erməni də var.

Belə ki, Araks küçəsinin livanlı sakini Bürc məhəlləsində yaşayan ahıl erməninin ünvanına nalayiq ifadə işlədib. Bunu eşidən gənc ermənilər qocanı müdafiə etməyə başlayıblar və nəticədə yerli sakinlərlə ermənilər arasında dava düşüb, bir neçə nəfər bıçaqlanıb. 

Bıçaqlanan ermənilərdən biri xəstənaya aparılarkən yolda keçinib. Digər iki erməninin vəziyyəti isə ağır olaraq qalır. 

Qeyd edək ki, bu, Livanda ermənilərin iştirakı ilə yaşanan ilk insident deyil. Bundan əvvəl də ermənilərlə Livanın yerli sakinləri arasında kütləvi davalar baş verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam