Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub***Moskvada

Mokvada azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların, erməni və gürcülərin cəlb olunduğu kütləvi dava qeydə alınıb
 “Yenixeber.org: "Moskva” şəhər xəbərləri agentliyinə istinadən xəbər verir ki, davanın baş verdiyi əraziyə gələn polis 18 nəfəri həbs edib. Onlardan 8-i Azərbaycan vətəndaşı, 7-si Ermənistan, biri Gürcüstan, ikisi isə çeçendir. Həmçinin, hadisə yerindən çəkic, 13 ədəd tapança gilizi, 2 bıçaq və armatur parçası maddi sübut kimi götürülüb. 

Dava nəticəsində ciddi bədən xəsarətləri alan 3 nəfər xəstəxanaya yerləşdiriliblər. Onlardan biri qarın nahiyyəsindən və əlindən yaralanıb, həmçinin qapalı kəllə-beyin travması alıb. İkincisi güllə və aşağı ətrafların kəsik yarası, digəri isə sınıqlar və qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. 

3 Cənubi Qafqaz ölkəsi vətəndaşlarının hansı səbəbdən dava etdikləri dəqiq məlum deyil. Lakin erməni mediasının məlumatına əsasən, bu gecə Moskvanın Bulatnikov küçəsində “VAZ” və “Mersedes” markalı avtomobilləri toqquşan qafqazlılar məsələni dava ilə “həll etməyə” çalışıblar. Qəza anından sonra hər iki maşının sürücüləri avtomobildən çıxaraq mübahisə etməyə başlayıblar. Onlardan biri özü ilə travmatik tapança, digəri isə avtomobilin yük yerindəki çəkici götürüb. Tərəflərin davasına avtomobillərdəki digər sərnişinlər və sürücülərdən birinin insidentə yaxın ərazidə işləyən dostu da qatılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam