Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bir ailənin 3 üzvü qəzaya düşdü

 

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb


Yenixeber.org:  Hadisə saat 13.00 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
Sabirabad rayonunun Güdəcühür kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Ramil Soltanəli oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 XH 058 dövlət nömrə nişanlı avtomobil Qaratoğay kənd sakini, 1980-ci il təvəllüdlü Nuriyev Səbuhi Samid oğlunun idarə etdiyi VAZ 21015 markalı, 54 BX 814 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü və “VAZ 21015” markalı avtomobildə olan sərnişinlər – 2010-cu il təvəllüdlü Nuriyeva Sərvin Səbuhi qızı və 1956-cı il təvəllüdlü Yaqubova Gülnaz Yaqub qızı xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam