Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məhkəmə axundun atasının Psixiatriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məscidin həyətində tanışını bıçaqlamaqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Faiq Davudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib.

İttiham aktına əsasən, F.Davudov həyat yoldaşı 1953-cü il təvəllüdlü Fəridə Davudovanın tanışı, 1994-cü il təvəllüdlü Kamran Məmmədovla sevgili olmasından şübhələnib. O, Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində K.Məmmədovu kürəyindən bıçaqlayıb.

Ekspertin rəyinə görə F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.

Elan olunmuş ittiham üzrə F.Davudov özünü təqsirli bildiyini deyib: "Kamranı vurmuşam, cinayətlə məşğul idi. Papaq söhbətidir, namus məsələsidir".

Daha sonra onun həyat yoldaşı F.Davudova ifadəsində qeyd edib ki, K.Məmmədovla arasında hər hansı münasibət olmayıb.

K.Məmmədov dindirilən zaman söyləyib ki, internatda böyüyüb və hadisə baş verən məsciddə xidmətçi işləyib: "Faiqi oğlu Salehə görə bağışlayıram. O, mənə çörək verib".

F.Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kameradan video-görüntülərə baxıb.

Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. Həmin zaman ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.

Şahidlər ifadə verdikdən sonra istintaq tamamlanıb.

Məhkəmə kollegiyasının hökmü ilə F.Davudovun psixoloji müalicə alması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə qərar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam