Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mərdəkanda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü bağışlanıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olan sürücü - Rac Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Yenixeber.org:  Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, R.Əlizadə etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq Ələddin Şovqatovun idarə etdiyi “VAZ – 21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab Şovqatov hadisə yerində vəfat edib. R.Əlizadənin sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu rayon Xəstəxanasında vəfat edib.

Qəza zamanı R.Əliyevdən başqa, 28 yaşlı Lalə Behbudova, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev və 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.

Elan olunmuş ittiham üzxrə R.Əlizadə özünü təqsirli bildiyini deyib.

Zərərçəkmişlər - Ə.Şovqatovla X.Quliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını söyləyiblər. 
Ə.Şovqatov hadisənin qəsdən baş vermədiyini bildirib: "Qədən öldürməyib ki, qəzadı da. Biz artıq barışmışıq".

O, qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün R.Əlizadənin maddi yardım etmədiyini də qeyd edib.

Mərhum M.Şovqatovun atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını vurğulayıblar.

Məhkəmədə məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün R.Əlizadəyə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.

Məhkəmənin növbəti prosesi aprelin 16-na təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam