Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda sevgilisini ayağı ilə boğub öldürən 50 yaşlı kişi:"Onu qətlə yetirmək niyyətim olmayıb"

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə F.Şaqaliyev özünü qismən təqsirli bildiyini deyib. O, mərhum Gülər Sadıqovanı öldürmək niyyətinin olmadığını deyib: "Onu ehtiyatsızlıqdan öldürmüşəm. Bir dəfə vurdum, yıxılıb yerdə qaldı. Ayağımı da üstünə qoydum. Sonradan bildim ki, ölüb".

Təqsirləndirilən şəxs geniş ifadə vermək istəməyib. O, özünü pis hiss etdiyi üçün hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Daha sonda qətlə yetirilən Gülnarə Sadıqovanın anası Gülər Sadıqova ifadə verib. O söyləyib ki, mərhum qızı F.Şaqaliyev ilə yaşamağa başlayarkən buna etiraz edib: "Səbəb isə Fərhadın ailəli olması idi. Onun ailəli olmasını sonradan bildim. Rəsmi nikahlarının olmadığını, sadəcə, kəbinli olduğunu deyirdi. Bir müddət sonra qızımı razı saldı. Qızımın Sabunçuda evi var idi. Həmin evi satırdı. Bu adam da qızımı o zaman tanıyıb. Tanış olandan sonra qızım evi satıb, pulu da buna verib ki, ev tikdirsin. Sonra da həmin pul yoxa çıxıb. Aralarında da mübahisə pul söhbətinə görə düşüb".

G.Sadıqova qeyd edib ki, qızı F.Şaqəliyevlə yaşamağa başlamazdan əvvəl iki dəfə ailə qurub və həmin nikahlardan da övladları olub.

O vurğulayıb ki, qızı ona satılan evin 30 min manat pulunu F.Şaqəliyevə verib.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

İttiham aktına əsasən, hadisə ötən ilin oktyabr ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini G.Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan F.Şaqaliyev tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam