Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ankarada silahlanmış Azərbaycan vətəndaşı saxlanıldı– FOTO

Ankarada silahlanmış Azərbaycan vətəndaşı saxlanıldı

 

Ankarada növbə çəkən polis naryadı sürücüsünün hərəkətlərindən şübhələndiyi lüks BMW-ni saxlayıb

Yenixeber.org: dekabrın 16-da gecə səhərə yaxın Ankara küçələrindən birində həmin şübhəli avtomobili saxlayan polislər axtarış zamanı çoxsaylı silah-sursat və kokain aşkar ediblər.

Avtomobilin sürücüsü E.K. adlı Azərbaycan vətəndaşıdır. Avtomobildə onun “qız arkadaşı” olduğu bildirilən T.Ö. adlı qadın da olub. Polislər tərəfindən aparılan axtarış zamanı avtomobildə “Sig Sauer” markalı 11 ədəd tapança, onlara aid 12 güllə darağı və 1 kiloqram 160 qram ağırlığında kokain tapılıb. Azərbaycan vətəndaşı və onunla birlikdə olan qadın saxlanılıb, Ankara polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə aparılıb.

Silahların avtomobildəki gizli saxlanc yerində aşkarlandığı bildirilir. Həmin saxlanc yeri avtomobilin arxa şüşə silgəcinin motoruna birləşdirilmiş xüsusi mexanizmlə açılırmış. Polis bu gizli mexanizmi axtarış zamanı aşkar edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam