Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabiq bankirin həbs müddəti 3 ay artırıldı

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həbs müddəti artırılıb.

Xeberinfo.com:  Trend-in məlumatına görə, C.Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 3 ay artırılması barədə qərar Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Martın 4-də C.Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması barədə istintaq orqanının Nərimanov rayon Məhkəməsinə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 4-dək uzadılıb.

Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə dekabrın 5-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin C.Hacıyev barəsində çıxardığı 3 aylıq həbs qətimkan tədbiri qərarının müddəti bu il martın 5-də bitməli idi.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam