Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DİN-dən növbəti əməliyyat: Həbs edilənlər var

 

Azərbaycanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.

"Xeberinfo.com":    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə odlu silah-sursatın alqı-satqısı, külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.


Belə ki, Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Astara rayon sakini Zaur Əliyevin “AKSU” markalı avtomatı, patron darağını və 114 ədəd müxtəlif çaplı patronları sentyabr ayının 22-də adı istintaqa məlum olan şəxsə 1500 manata satması müəyyən edilib. Tədbirin davamı olaraq oktyabr ayının 2-də Z.Əliyev 1 ədəd qumbaranı həmin şəxsə 300 manata satmaq istəyən zaman yaxalanıb.

Zəngilan RPŞ və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri daha bir əməliyyat tədbiri ilə Astara rayon sakinləri Elşən Ağalı, Röyal Əliyev, eləcə də Bakı şəhər sakinləri Tural Səfərov və Hüseynağa Əsgərov da tutulublar.

E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22300 saxta ABŞ dolları aşkar edilərək götürülüb.

İlkin dindirmə zamanı E.Ağalı narkotik vasitələri bir müddət əvvəl satış məqsədi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə H.Əsgərov tərəfindən verildiyini bildirib.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam