Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sumqayıt Dövlət Texniki Kollecində özbaşınalıq

 

Sumqayıt Dövlət Texniki Kollecində (SDTK) biabırçı vəziyyət yaşanır.

"Xeberinfo.com":  JAM.AZ-a verilən məlumata görə, Avropa Yay Oyunları ərəfəsində kollecin direktoru böyük pullar qazanmaq həvəsinə düşüb. Elə bu səbəbdən də hərəkətə keçib. 

Məlumatda deyilir ki, direktor Mətanət Pirquliyeva ötən günlərdə həm imtahanlar, həm də olimpiada ilə bağlı qəti tapşırıq verib. Həmin tapşırığa əsasən bir tələbə belə pul vermədən imtahandan keçə bilməyəcək. Nəzərdə tutulan məbləğ isə 50 manatdan başlayır və 250 manata qədər artır. 

JAM.AZ-a verilən məlumatda o da vurğulanır ki, SDTK-nin direktru Mətanət Pirquliyeva həmçinin olimpiada oyunları adı ilə də müəllim və tələbələrdən pul yığdırır. Özünün müavinlərinə verdiyi təlimata əsasən hər müəllimin 20 manat, tələbələrin isə 50 manatdan pul gətirmələri istənilib. 

Qeyd edək ki, kollecdə Texnologiya müəllimliyi, Mühasibat uçotu, Gömrük işi, Elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə), Nəqliyyatda daşımaların təşkili, Yol hərəkətinin təşkili, Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisaslar üzrə mütəxəssislər hazırlanır.


Tələbələr isə JAM.AZ-a verdikləri açıqlamalarında bu fakültələrin olduğunu vurğulasalar da, təhsilin biabırçı həddə olduğunu deyiblər. Onların sözlərinə görə, kollecin direktoru təhsil ocağına daha çox bizes və gəlir sahəsi kimi baxır. Və bu səbəbdən də SDTK-da təhsilin aşağı həddə olması, hətta heç olmaması qeyd olunur. 

Onu da xatırladaq ki, Mətanət Pirquliyeva Konstitusiya Məhkəməsinin sabiq sədri İsa Nəcəfovun qohumudur. 

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam