Şamaxı Sənaye-İqtisad Kollecində özbaşınalıq
Xeberinfo.com: Mediatv.az-a daxil olan məlumatlarda yenə də Şamaxı Sənaye-İqtisad Kollecində yer almış çeşidli qanun pozuntularına, müxtəlif korrupsiya hallarına dair açıqlamalar yer almaqdadır. Xatırlayırsınızsa saytımızda bu təhsil müəssisəsində təhsilin keyfiyyətini aşağı salan neqativ hallar barədə aldığımız məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc etmişdik. Yeni aldığımız məlumatlara görə, qış sessiya imtahanları dövrünün də kollecin direktoru Anar Abbasov üçün olduqca “uğurlu” keçdiyi vurğulanır. Ötən materialda da biz qeyd etmişdik ki, kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu,korrupsiyanın tuğyan etdiyini vurğulayırlar. Tələbələrin təhsil almaq həvəsləri məqsədyönlü şəkildə boğulur.İmtahanların qiyməti direktor tərəfindən müəyyən edilir. Tələbə məcburdur, borc-xərc edib imtahanların pulunu tapsın. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir.” Qeyd olunur ki, bir imtahana görə müəyyənləşdirilmiş məbləğ 50 manatdır. Daha sonra məlumatlarda vurğulanır ki, Anar Abbasovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Direktor kolleci dövlətin yox, sanki özünün yazılmamış qanunları ilə idarə edir. Mediatv.az verilən məlumata görə Anar Abbasov direktor təyin olunandan sonra üç tələbəyə fərqlənmə diplomu düşmədiyi halda böyük rüşvət müqabilində fərqlənmə diplomu verib.Verilən məlumatlarda direktor belə qanunsuzluqlara yol verdiyi üçün Təhsil Naziri tərəfindən bir dəfə şiddətli töhmətlə cəzalandırıb.
Nazirlər Kabinetinin 2016-cı il 3 fevral tarixli qərarına əsasən, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən, eyni coğrafi ərazidə yerləşən orta ixtisas təhsili müəssisələri şəbəkəsi optimallaşdırılıb. Belə ki Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılıb.
Anar Abbasov Şamaxı Dövlət Regional Kollecinə direkor təyin olunmaq üçün bütün vasitələrdən eləcə də Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinə direktor təyin olunmasında rolu olan deputatın köməyindən faydalanmağa çalışır.
Yazılarımızda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur.
Mövzunun davamı olacaq...
Mediatv.az