Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Baş Prokurorluqdan Lamiyə Quliyeva açıqlaması

 

Sabiq dustaq qadının türmədə necə ana olması ilə bağlı suala hələ də aydınlıq gətirilməyib
Məhkum Lamiyə Quliyevanın 2014-cü ilin oktyabrında saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olması ilə bağlı Baş Prokurorluqda araşdırmalar davam etdirilir. 

"Xeberinfo.com":  Məlumata görə, bu haqda “Yeni Müsavat”ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Xidmət rəhbəri araşdırmaların nəticəsi haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.
Göründüyü kimi, 3 aydır başlandığı elan olunan araşdırmaların nəticəsi haqda sual isə açıq qalır. Yada salaq ki, bu ilin yanvarında L.Quliyevanın məhbəsdə ikən ana olması haqda məlumat yayılıb. Bundan bir müddət sonra Penitensiar Xidmət məhkum qadının məhkum Elnur Rəsulovun toxum mayesini məktubla ona göndərməsi nəticəsində ana olması haqda məlumat yayıb.
Fevral ayında isə araşdırmalara Baş Prokurorluq da qoşulub. E.Rəsulov prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Deyib ki, Bakı İstintaq Təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə məktubla özünün toxum mayesini yollayıb. Tibdə bu üsul “Ekstrakorporal mayalanma” (EKM) adlanır.
İnsanlar arasında “süni mayalanma” kimi tanınır. Ümumdünya tibbi statistik məlumatlara əsasən, EKM tətbiq edildikdən sonra orta hesabla 30-35 faiz hallarda hamiləlik baş verir. Nəzərə alınmalıdır ki, statistik məlumat stasionar şəraitdə həyata keçirilən əməliyyata aiddir. Həkimlərin həyata keçirdiyi əməliyyat zaman belə hamiləliyin baş tutması 30-35 faizdirsə, Lamiyə Quliyeva həbsxana şəraitində müsbət nəticəyə necə nail ola bilib? E.Rəsulovun adından yayıldığı andan yalan olması şübhə doğurmayan bu açıqlamanı L.Quliyeva özü də təkzib edib. Deyib ki, Bakı İstintaq Təcridxanasında saxlanılarkən onunla E.Rəsulovun görüşünə şərait yaradılıb. Mərkəzi Klinik Xəstəxananın ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılova da məktubla ana olma haqda deyilənlərin cəfəngiyyat olduğunu açıqlayıb. Araşdırmaların ləng getməsinin işin ört-basdır edilməsinə xidmət etdiyi haqda məlumatların yayılmasına da səbəb olub.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Bunun əvəzində onu 2015-ci ilin fevralında – məhkum qadının həbsdə ana olması ictimailəşəndən sonra azad etdilər. L.Quliyeva azadlığa çıxandan sonra həbs müddətinin A.Aslanovun sifarişi ilə uzadıldığını bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam