Redaktor seçimi
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
Günün xəbəri

 Səudiyyə Ərəbistanı müsəlmanlardan Həcc ziyarətlərini təxirə salmağı xahiş edir-SƏBƏB

 

 Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə bağlı yaranmış qeyri-müəyyənliyə görə Həcc ziyarətinə getməyi planlaşdıran müsəlmanlardan ziyarətlərini təxirə salmağı xahiş edib.

Yenixeber.org: Həcc naziri Məhəmməd Bəntən deyib ki, krallıq zəvvarların təhlükəsizliyindən narahatdır və insanları "ziyarət müqavilələrini bağlamaqdan əvvəl gözləməyə" çağırıb.

Bu ilin iyul və avqust aylarında təxminən iki milyon insanın Məkkə və Mədinəyə həcc ziyarətinə gedəcəyi gözlənilir.

İslam dininə görə, imkanı olan hər bir müsəlman ömrü boyu azı bir dəfə Həcc ziyarətinə çıxmalıdır.

Ümrə deyilən kiçik ziyarət koronavirusa görə artıq qadağan edilib.

Bundan başqa, Məkkə, Mədinəyə və paytaxt Ər-Riyad şəhərinə daxil olmaq qadağan edilib.

Səudiyyə hökuməti Covid-19 epidemiyasının qarşısını almağa çalışdığını və artıq ölkədə azı 1563 nəfərin virusa yoluxduğunu və 10 nəfərin öldüyünü bildirib.

"Səudiyyə Ərəbistanı hər zaman Həcc və Ümrə zəvvarlarına xidmət etməyə tam hazırdır", - cənab Bəntən dövlət televiziyasında bildirib.

"Amma indiki şəraitdə, qlobal pandemiyanı nəzərə alaraq, krallıq müsəlmanların və vətəndaşların sağlamlığını qorumağa çalışır”.

"Ona görə də biz bütün ölkələrdə müsəlman qardaşlarımızdan xahiş etdik ki, vəziyyət düzələnədək [turoperatorlarla] müqavilə bağlamaqdan əvvəl gözləsinlər".

O əlavə edib ki, Həcc və Səhiyyə nazirlikləri hazırda müqavilələrin dayandırılmasından əvvəl Ümrə ziyarətinə çıxanların yerləşdirildiyi otelləri yoxlamaqdadır.

Həmin ziyarətçilərə özlərini təcrid etmək söylənilib. Onların bəziləri vətənlərinə geri dönə bilməyənlərdir.

Nazir həmçinin bildirib ki, Ümrə ziyarəti üçün viza alan şəxslərin viza xərcləri geri ödəniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam