Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir gəlin ərinin əmisi oğlu ilə "işləri korladı", günahkarı tutub soyundurdular və...-Bu dəfə Şəmkirdə

 

Azərbaycanda daha bir gəlin ərinin əmisi oğlu ilə intim münasibət qurub. Və əmisi oğlunun arvadı ilə münasibət quran şəxs qohumları tərəfindən cəzalandırılıb. Bu hadisə Şəmkir rayonunda baş verib.

Yenixeber.org: Belə ki,  rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib. (Trend)

Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub.

Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.

Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.

E.Həsənovun müraciətindən sonra faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (işgəncə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri keçirilir.

Xatırladaq ki, bir neçə ay əvvəl analoji hadisə Quba rayonunda baş vermişdi. Əmisi oğlunun arvadı ilə sevişib onu qaçıran gənci kənd sakinləri döyüb öldürmüşdü. Hadisəyə görə bir neçə nəfər tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam