Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyanın əsas qanuni oğrusu - Şişkan həbs edilib

Rusiyanın Moskva vilayətində “Şişkan” ləqəbli qanuni oğru Oleq Medvedev (əvvəlki soyadı Şişkanov) həbs edilib.

Yenixeber.org: Kriminal avtoritet Moskva vilayətinin Ramensk rayonunun qanunverici məclisinin deputatı Tatyana Sidorova və ailəsinin məhv edilməsində təqsirli bilinir.

Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, Oleq Medvedevin həbsi onun bağ evində həyata keçirilib. 
Bundan başqa, “Şişkan” Rusiya Cinayət Məcəlləsinin “Cinayət iyerarxiyasında yüksək mövqe tutma” müddəasını özündə birləşdirən 210.1 maddəsi ilə də ittiham olunur.

Bəhs olunan maddə Rusiyada bu ilin aprelində məcəlləyə daxil edilib. Maddə üzrə nəzərdə tutulan cəzanın maksimal həddi 15 ilə qədər həbs və 5 milyon rubl pul cəriməsi təşkil edir.

O.Şişkanov ölkədə slavyan əsilli ən məşhur və avtoritar liderlərdən biri sayılır. Onun 1992-ci ildə Moskvanın “İzmaylovo” otelində “qanuni oğru” adına layiq görüldüyü bildirilir. Taclanma mərasimində “Şakro Molodoy”, “Şakro Starıy” (Şakro Kakaçiya-red.), “Qlobus” (Valeri Dluqaç-red.) kimi kriminal aləmin liderləri iştirak ediblər.

“Şişkan” digər avtoritet “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun həbsindən sonra cinayət aləminin lideri hesab olunurdu. Oleq Şişkanov özü 1980-ci illərdə qəsdən adam öldümrək üstündə 10 il təcridxanada saxlanlılıb. Sonuncu dəfə güc strukturları onu 23 il bundan öncə həbs ediblər.

“Şişkan” tərəfindən öldürüldüyü deyilən Tatyana Sidorova isə “Plemzavod Ramenskoe” şirkətinin baş direktoru olub. Rusiya mətbuatı T.Sidorovanın həm bələdiyyə məclisindəki deputatlığına, həm də zavoddakı vəzifəsinə görə məhz Şişkana borclu olduğunu bildirir.

2012-ci ildə deputat Sidorova, onun 73 yaşlı həyat yoldaşı, 28 yaşlı kiçik oğlu və 64 yaşlı bacısı birdən-birə yoxa çıxıb. Onların evində polis qan izlərinə rast gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam