Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğandan Camalın qətli ilə bağlı Səudiyyəyə tələb

    

Ərdoğandan Camalın qətli ilə bağlı Səudiyyəyə tələb
“Ortaya çıxan məlumatlar və dəlillər Camal Kaşoqinin vəhşi cinayətə qurban getdiyini göstərir. Bu cinayət insanlığın vicdanını yaralayacaq”
 Yenixeber.org: Bu fikirləri Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən iclasında deyib. 

Ərdoğan qeyd edib ki, Kaşoqinin dünyada məşhur jurnalist kimi tanınması Türkiyəyə beynəlxalq məsuliyyət yükləyir: “Türkiyə olaraq prosesi dövlət ciddiyəti, beynəlxalq hüquqa əsasən davam etdirdik. Ölkəmizi qaralamaq üçün müxtəlif mediada geniş kampaniya aparıldı. Ona görə bəzi şeyləri soruşmaq və cavablarını almaq məcburiyyətindəyik. Bu hadisə İstanbulda baş verib. Belə olan təqdirdə olayı istintaq etmək haqqımızdır. Bura Türkiyə Cümhuriyyəti sərhədləri daxilindədir. Vyana sazişi belə bir vəhşi cinayətin istintaqının diplomatik toxunulmazlıq zirehi altında gizlənməsinə izin verməz. Biz lazım olan nədirsə, onu da edəcəyik”. 

Türkiyə prezidenti vurğulayıb ki, cinayətin planlı olduğuna dair şübhələr var: “Təhlükəsizlik və kəşfiyyat qurumlarımız cinayətin planlı şəkildə törədildiyinə işarə edir. Bütün bunlar prokurorluqdakı istintaq dosyesində öz əksini tapacaq. 15 nəfərlik dəstə cinayət günü İstanbula nə üçün gəlmişdi? Bu adamlar kimdən əmr almışdılar? Nə üçün Baş konsulluğun binası günlər sonra araşdırmaya açıldı? Cinayət bəlli ikən niyə gərəksiz açıqlama verildi? Cəsədi nə üçün hələ ortada yoxdur? Cəsədin əlbir olduqları yerli bir şəxsə verildiyi deyilir. Hardadır o şəxs? Kimdir? Kimsə bu sualları cavablamadan üzərindən keçiləcəyini ağılının ucundan belə keçirməsin. Belə bir istintaqın ədalətli heyət tərəfindən aparılması çox önəmlidir. Digər ölkələrdəki cinayət ortaqlarının da istintaq cəlb edilməsi lazımdır. Türkiyə olaraq məsələni yaxından təqib edirik. Bizim və beynəlxalq hüququn öz yerini tutmasını təmin edəcəyik”. 

Ərdoğan çıxışının sonunda Səudiyyə Ərəbistanına çağırış edib: “Buradan Səudiyyə Ərəbistanı kralı başda olmaqla, bütün yüksək vəzifəli şəxslərə müraciət edirəm. Bu 15+3 şəxsin mühakiməsi İstanbulda həyata keçirilsin”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam