Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putin bu 7 ölkəni Avropadan ayırdı

 

Avropa İttifaqının (Aİ) 7 ölkəsi Rusiyaya qarşı sanksiyalardan imtina etməyə hazırdır.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə "Bloomberg" agentliyi material dərc edib. Bu ölkələr Kipr, İtaliya, Yunanıstan, Macarıstan, Slovakiya, Avstriya və İspaniyadır.
"Bloomberg" yazır ki, bu ölkələrin Rusiya prezidenti Vladimir Putinin "qonaq kitabı"nda adları var. Belə ki, bu il fevralın sonunda Kipr prezidenti Nikos Anastasiadis, martın əvvəlində İtalya baş naziri Matteo Rensi Moskvaya gəliblər. Bu ilin aprelində isə Yunanıstanın hökumət başçısı Aleksis Sipras Rusiya paytaxtına təşrif buyuracaq. Macarıstana, Slovakiyaya, Avstriya və İspaniyaya gəlincə isə bu ölkələr daha əvvəl Ukraynada vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalara qarşı çıxırdılar. 
London Mərkəzinin xarici siyasət üzrə direktoru İan Bond bildirib ki, bu 7 ölkə indi sanksiyaların uzadılmasından imtina edəcəklər və məhdudiyyətlər aradan qalxmayanadək qərarlarından dönməyəcəklər.
Eyni zamanda Aİ-nin bir sıra ölkələri, o cümlədən Polşa, Böyük Britaniya və Baltikyanı ölkələrin liderləri də Moskvaya qarşı məhdudiyyətlərin kəskinləşməsini fəal dəstəkləyirlər. Bu münasibətlə martın 19-dan 20-dək Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək (ANS PRESS).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam