Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Güclənən neft tələbatı qiymətləri artıracaq”

 

Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Naiminin müşavirlərindən biri olan İbrahim Əl-Muhanna, güclənən neft tələbinin qiymətləri qaldıracağını deyib.
"Xeberinfo.com":  Məlumata görə, Əl-Muhanna, qlobal neft istehlakının gücləndiyini və tələbin təklifə uyğunlaşması ilə birlikdə qiymətlərin artacağını deyib.
Qətərin paytaxtı Dohada bir konfransda çıxış edən Əl-Muhanna, “Artan tələbatın qlobal təklif çoxluğunu nəzarət altına almağa kömək olması ilə qiymətlər 60 dollar səviyyəsinə yaxınlaşıb. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 5 İyundakı iclasında siyasətini dəyişəcəyini indidən söyləmək tezdir” deyib.
OPEK Noyabr ayında qəbul etdiyi qətnamə ilə istehsalı sabit saxlamışdı.
Əl-Muhanna, “Tələbatın güclü olduğuna və daha da güclü olacağına inamım böyükdür” ifadəsini istifadə edib.
OPEC-in ABŞ-ın şist nefti istehsalındakı artımın qarşısında hasilatı azaltmağı rədd etməsi ilə təklif artıqlığı problemini daha da şiddətləndirmişdir. Ötən il neft qiymətləri təxminən 50 faiz geriləyib. Ucuz neft enerji idxalçılarına müsbət təsir edərkən, dünya miqyasında inflyasiya gözləntilərini azaldır. Ancaq Səudiyyə Ərəbistanı kimi Fars Körfəzi ölkələrinin gəlirlərinin aşağı düşməsinə səbəb olur. Neft 2014-cü ilin İyun ayından 2015-ci ilin Yanvar ayına qədər olan müddətdə 61 faiz ucuzlaşıb. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam