Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İri istehsalçıların bəyanatları nefti bahalaşdırır

Oil-Industry neft

Dünya birjalarında neft bahalaşmaqdadır.
Xeberinfo.com:   “APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,05 dollar və ya 1,05% artaraq 52,42 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,11% artaraq 55,55 dollar olub.

Neftin bahalaşmasının səbəblərinə gəlincə, OPEC üzvü olan ölkələrin nazirlərinin sözlərinə görə, ABŞ-da şist neft istehsalçılarının aktivləşməsi onları qorxutmur. Məsələn, Küveytin neft naziri Əssam əl-Marzuk qeyd edib ki, “qara qızıl”a olan tələbatın artması fonunda şist neft istehsalçılarının aktivləşməsi o qədər də qorxulu deyil: “Hasilatın azaldılması nefti bahalaşdıracaq, eyni zamanda neftə olan tələbatı artıracaq. Bu səbəbdən şist neft hasilatçılarının aktivləşməsi bizi narahat etmir”.

Qətərin energetika naziri Məhəmməd Saleh əs-Səda isə qeyd edib ki, əldə olunan şist neft hazırda artmaqda olan tələbatın ödənilməsinə yönələcək. “Şist neft hasilatının artmasına baxmayaraq, bazarda balans yaranmaqdadır”, – deyə o bildirib.

Bundan öncə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, neftin bahalaşması fonunda şist neft istehsalçıları sutkalıq hasilatı 500 min barrel artıra bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam