Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Boyun uzanmasına təsir göstərən amillər

Boyun uzanmasına təsir göstərən amillər

 

Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir

Uzunboylu olmaq kimlər üçün yaşamağa mane olan problem, kimlər üçünsə xəyaldır. Təbii ki, boyun nə qədər olması heç kəsin öz əlində deyil. Bu, bəzən valideynlərdən qalma miras, bəzən sağlam yaşamın nəticəsi, bəzənsə həyatın bəxşişidir.

Yenixeber.org: Boyun uzanmasına müsbət təsir edən bir neçə amil var. Onlardan biri düzgün qidalanma və genetik faktorlardır. Xroniki xəstəliklər və böyümədə iştirak edən hormonlar də ona təsir göstərir. Boyun uzanması üçün uşaq yaşlarından düzgün qidalanmaya diqqət yetirilməlidir. Qidalanma zamanı lazımi qədər ət, süd, meyvə-tərəvəzlər yeməklə proteinlər qəbul etmək məsləhətdir.

Genetik olaraq qısaboyluluq zamanı qidalanma kömək etmir, lakin valideynlərin boyunun uca olmaması mütləq uşağın qısaboylu olmasına dəlalət etmir. Çünki valideynin boy inkişafı zamanı hansısa təsirə və əlavə faktorlara məruz qalması mümkündür.

Boy artımına təsir edən amillərdən biri də yaşa uyğun idmanla məşğul olmaqdır. İnkişaf dövründə üzgüçülük, gimnastika, basketbol, velosiped idmanı ilə məşğul olmaq boyun uzanmasına çox yaxşı təsir edir. Lakin bu, heç də o demək deyil ki, genetik boyu qısa olanlar idman məşğələləri nəticəsində standart ölçülərə nail ola bilərlər.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?